Sector AGRO – kənd təsərrüfatı sahəsində innovasiya, keyfiyyət və dayanıqlı inkişaf prinsipləri əsasında fəaliyyət göstərən yerli lider şirkətlərdən biridir. Biz torpağın gücünə, zəhmətkeş insanların əməyinə və müasir elmi biliklərə əsaslanan istehsalat yanaşmasına inanırıq. 2015-ci ildən etibarən fəaliyyət göstərdiyimiz bu sahədə məqsədimiz ölkəmizdə aqrar sektorun inkişafına töhfə vermək, kənd təsərrüfatını daha məhsuldar və rəqabətədavamlı hala gətirməkdir.
Fəaliyyət Sahələrimiz
Sector AGRO şirkəti kənd təsərrüfatının bir çox istiqamətləri üzrə fəaliyyət göstərir:
-
Toxum təchizatı – Sertifikatlı, xəstəlik və zərərvericilərə qarşı davamlı, məhsuldar yerli və xarici sort-hibrit toxumlar
-
Gübrə təchizatı – Beynəlxalq standartların tələblərinə cavab verən orqanik, bioloji və kimyəvi gübrələrlə təminat
-
Bitki mühafizə vasitələri – Güvənli və balanslı preparatlar + konsultasiya.
-
Aqrar təlimlər – Seminar, təlim və texniki məsləhət xidmətləri.
-
Məhsul alışı və satışı – Yerli fermerlərin məhsullarının alışı və bazara çıxarılması.
Missiyamız
Məhsuldarlığı artırmaq, fermer rifahını yüksəltmək və ərzaq təhlükəsizliyinə töhfə vermək.
Vizyonumuz
Azərbaycanın bütün bölgələrində kənd təsərrüfatını güclü iqtisadi dayağa çevirmək.
Dəyərlərimiz
-
Etibarlılıq və şəffaflıq
-
Keyfiyyət
-
Ətraf mühitə hörmət
-
Yerli inkişaf
Əməkdaşlıq
Dövlət, yerli və beynəlxalq tərəfdaşlarla innovasiya yönümlü əməkdaşlıq.
Niyə Sector AGRO?
Sonda...
Sector AGRO – Bitki mühafizəsi bizim peşəmizdir!