Təsiredici maddə: 104 qr/ l Qaloksifop-P-Metil
Şəkər və yem çuğunduru, günəbaxan, payızlıq və yazlıq raps əkinlərində birillik və çoxillik taxıl fəsiləsi alaq otlarının məhv edilməsi üçün herbisid.
Preparatın üstünlükləri:
- Çoxillik dənli alaq otlarının (ayrıqotu) kökümsovlarının məhv edilməsi üçün əvəzolunmaz preparat.
- İkiləpəlilərə qarşı herbisidlərlə çən qarışıqlarının hazırlanması üçün əhəmiyyətli komponentdir.
- Növbəli əkinin növbəti bitkisi üzərində heç bir nəticəsi olmur.
Emulsiya konsentratı (EK).
3 il.
Kanistr, 10 l.
–10°C-dən +25°C-dək.
Məhv edilən obyektlər:
Birillik dənli alaq otları: göy və yaxşı qıllıca, toyuq darısı və yabanı darı, yulafca (yabanı vələmir), süpürgə, öz-özünə bitmiş taxıl.
Çoxillik bitkilər: sürünən ayrıqotu və s. Təsir mexanizmi: Preparatın təsiredici maddəsi efirdən ibarətdir. Bu yarpaqların onu aktiv şəkildə sorumasına və onun bitkidə böyümə nöqtələrinə və kökə doğru hərəkət etməsinə imkan verir. Herbisid fotosintezi pozur, nəticədə, alaq otlarının yerüstü kütləsinin və kök sisteminin böyüməsi dayanır, xloroz əmələ gəlir.
Təsir sürəti və zədələmə əlamətləri: Preparat tətbiq edildiyi ikinci sutkada həssas alaqların böyüməsi dayanır. 5- 7 gündə yarpaqların xlorozu əmələ gəlir. Bu zaman cavan gövdələr yarpaqların qınından asanlıqla qoparılır. Dənli alaq otlarının yerüstü və yeraltı hissələri 13- 14 gündə tamamilə məhv olur.
Tətbiq normaları və müddətləri: Preparat, bitkinin inkişaf fazasından asılı olaraq, tətbiq olunur: birillik dənli alaq otlarının məhv edilməsi üçün daha həssas mərhələ kollanma başlayana qədər 1- 2 yarpaq mərhələsidir, preparatın sərfiyyat norması 0,5 l/ ha təşkil edir - çoxillik alaqlar hündürlüyü 10- 15 sm ikən daha effektiv şəkildə məhv edilir, preparatın sərfiyyat norması 1 l/ ha - çox alaqlanmış sahələrdə, habelə, onlar həddindən çox böyüdükdə, preparatın normalarını artırmaq zəruridir. İşçi məhlulun sərfiyyatı - 200-300 l/ha.
Preparatın effektivliyinə təsir göstərən amillər:
- Çiləmədən 1 saat keçməmiş yağan yağıntılar dənli alaq otlarının məhv edilməsi effektivliyini azalda bilər.
- Preparat alaqların aktiv böyümə dövründə, havanın temperaturu +15° С-dən +25° С-dək təşkil etdiyi, torpaqda isə kifayət qədər su olduğu zaman, yüksək effektivlik nümayiş etdirir.
- Havanın nisbi rütubəti alaqların məhv edilməsində əhəmiyyətli rol oynayır. Havanın nisbi rütubəti 60- 80% olduqda, daha yüksək effektivlik nümayiş etdirir.
- Preparatı yaş bitkilərə tətbiq etmək olmaz.
- Çoxillik alaqlanma zamanı sıralararsı çiləməni preparat tətbiq edildikdən sonra ən tezi 13 - 14 gün sonra; birillik alaqlanma zamanı isə 9 - 10 gün sonra həyata keçirmək məsləhətdir.
- Alaqlanma dərəcəsi yüksək olduqda və alaqların kollanması fazasında çiləmə zamanı dozanı 10 - 15% artırmaq zəruridir.
İşçi məhlulun hazırlanma texnologiyası: Əvvəlcə, yaxşıca yuyulmuş çiləyici çəninə 300 - 400 l su doldurulur. Daha sonra, hidroqarışdırıcı işləyə - işləyə, tələb olunan miqdarda preparat tökülür, qarışdırılır və tam dolana qədər su doldurulur.
Çiləyicinin təmizlənməsi: Qaloşans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və ya yuyucu tozdan və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
Digər preparatlarla qarışdırılması: Qaloşans, Betaşans, Betaşans Trio, Şanstrel 300, Karişans və s. kimi ikiləpəli alaqlara qarşı istifadə olunan herbisidlərlə, habelə, insektisidlərlə, fungisidlərlə, bitkilərin böyüməsi stimulyatorları ilə və mikrogübrə preparatları ilə qarışdırıla bilər.
Fitotoksiklik: Preparat tövsiyə olunan reqlamentlərdə istifadə edildiyi zaman qorunan ikiləpəli bitkilərə toksik təsirin göstərilməsi müşahidə olunmur.
Təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə (çox təhlükəli birləşmə) aiddir. torpaqda davamlılığına görə 3-cü sinif.
Tətbiq qaydaları
Preparatın tətbiq norması, l/ha | Bitki | Zərərli obyekt | Tətbiq qaydası və vaxtı | Gözləmə müddət / tətbiqin sayı |
0,5 |
|
Birillik taxıl fəsiləsi alaqları (setariya növləri, toyuq darısı, tarla darısı) | Alaq otlarının aktiv böyümə dövründə (2-6 yarpaq fazasından kollanmanın əvvəlinə qədər olan fazada) çilənməsi. İşçi məhlul sərfi – 200-300 l/ha. |
60 (1) |
1,0 | Çoxillik taxıl fəsiləsi alaqları (sürünən ayrıq) | Sürünən ayrığın 10-15 sm hündürlüyü zamanı əkinlərin çilənməsi. İşçi məhlul sərfi – 200-300l/ha. |