Təsiredici maddə: 69 qr/ l Fenoksaprop-P-Etil + 34,5 qr/ l Antidot Klokvintoset- Meksil
Buğda
və arpa
əkinlərində birillik
daryarpaqlı alaqlarının
məhv edilməsi
üçün herbisid.
Preparatın üstünlükləri:
- Bir çox hər yerdə yayılmış taxıl alaqlarına qarşı yüksək effektivlik nümayiş etdirir.
- Tez bir zamanda alaq bitkisinə nüfuz edir və dərhal onun böyüməsini və inkişafını dayandırır.
- Preparatı taxıl və arpanın inkişaf fazasından asılı olmayaraq tətbiq etmək olar.
Sulu emulsiya (SE).
2 il.
Kanistr, 10 l.
–10
°С-dən +40
°С-dək
Məhv edilən obyektlər: Effektiv şəkildə darı (növləri), qıllıca (növləri), yulafcanı, Panicum virgatum-u, darını
(tökülmüş dən), Adi süpürgə (çəmən süpürgəsi),
tülküquyruğu, birillik dişə, Qanlı barmaqotu,
bülbülotunu və s. məhv edir.
Təsir mexanizmi: Tətbiq edildikdən 1-3 saat sonra, preparat yarpaqlardan bitkiyə nüfuz edir və böyümə nöqtələrində yığılır. Yağ turşularının
meristem toxumalarında sintezini ləngidir ki, bu
da hüceyrə membranlarının yaranmasının dayanmasına və onların məhv olmasına gətirib çıxarır. Antidot, sonradan buğda və arpanın bitki orqanizmindən çıxarılan neytral metabolitlərin əmələ gəlməsi ilə, dayanıqlı bitkilərdə təsiredici maddənin
detoksikasiyası prosesini
sürətləndirir. Preparat
yalnız
tətbiq edildiyi zaman
düşdüyü bitkiyə öz toksik
təsirini göstərir.
Təsir sürəti və zədələmə əlamətləri: Şansyugen tez bir zamanda alaq bitkilərinin yarpaqları tərəfindən udulur ki, həmin yarpaqların böyüməsi və inkişafı ikinci
sutkada ləngiyir, yarpaqlar solğun rəng alır. Daha
sonra, böyümə nöqtəsinin fəaliyyətinin tamamilə dayanması dövrü gəlir ki, bu
da, 11-15 gündə bitkinin
tamamilə məhv olmasına
səbəb olur.
Tətbiq normaları və müddətləri: Preparatı səthdə kütləvi şəkildə həssas alaqlar əmələ gəldiyi zaman tətbiq etməyə başlayırlar ki, onlar kollanma
fazasında effektiv şəkildə məhv edilir. Preparat daha gec müddətdə tətbiq edildikdə, effektivliyi azala bilər.
İşçi məhlulun hazırlanması texnologiyası: Əvvəlcə, çiləyicinin çəninə 300- 400 l su doldurulur. Daha sonra, hidroqarışdırıcı işləyə-işləyə tələb olunan miqdarda preparat tökülür. Su, eyni
zamanda qarışdırmaqla, tam
dolana qədər, tökülür.
Çiləyicinin təmizlənməsi: Şansyugen tətbiq edildikdən sonra,
çiləyicini əvvəlcə təmiz
su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və sudan
ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış
məhlulla yaxşıca yumaq zəruridir.
Digər preparatlarla uyğunluğu: Şansyugen dənli bitkilərə tətbiq edilən bir çox ikiləpəlilərə qarşı preparatlara, habelə, böyümə tənzimləyicilərinə, fungisidlərə və mikrogübrələrə uyğundur.
- Çən qarışıqları hazırlanmazdan öncə, komponentlərin fiziki- kimyəvi uyğunluğunu yoxlamaq zəruridir.
- Tərkibində 2,4- D olan preparatları çən qarışığına daxil etmək olmaz.
- Əkinlərdə taxıl alaqları ilə zibillənmə dərəcəsi yüksək olduğu halda, preparat təmiz halında, ikiləpəlilərə qarşı herbisidlərlə qarışdırılmadan, tətbiq edilsə, daha yaxşı olar.
Növbəli əkin üzrə məhdudiyyət: Çiləmədən sonra gələn növbəti il istənilən
bitkini əkmək olar.
Fitotoksiklik: Tövsiyə
olunan tətbiqetmə norma və müddətlərində, herbisid taxıl və arpa üçün fitotoksiki deyil.
Təhlükə sinfi: Preparat 3-cü təhlükə
sinfinə aiddir.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
0,8-1,0 |
Payızlıq buğda və yazlıq arpa |
Birillik taxıl fəsiləsi alaqları (setariya növləri, toyuq darısı, tarla darısı, vələmir, adi süprək) |
Bitkinin inkişaf fazasından asılı olmayaraq alaq otlarının inkişafının erkən fazalarında (2-3 yarpaq) əkinlərin çilənməsi. Payızlıq buğda yazda çilənir. İşçi məhlul sərfi – 200- 300 l/ha. |
60 (1) |