PRISHANS SE

PRISHANS SE

Təsiredici maddə: 300 qr/ l 2,4-D turşusu (Mürəkkəb 2-Etilgeksil Efir) 6,25 qr/ l Florasulam 

Dənli bitkilər əkinlərinin birillik  çoxillik ikiləpəli alaq otlarından qorunması üçün cücərmədən sonra istifadə olunan geniş təsir spektrli sistemik təsirə malik iki komponentli herbisid.


Preparatın
 üstünlükləri:

  • Geniş spektrli ikiləpəli alaq otlarına, o cümlədən, ilişkən qatıqotuna, çobanyastığına, südotularına, südləyənə qarşı yüksək effektivdir.
  • Tətbiq müddətlərinə görə geniş diapazona malikdir: kollanma fazasından bitkinin ikinci buğumarası mərhələsinə qədər.
  • Yağıntılarla yuyulmaya qarşı yüksək davamlılıq.

  Suspenziya emulsiyası (SE).                      3 il.

  Kanistr, 10 l.                                             
-10°С-dən +30°С-dək.


  Məhv edilən obyektlər: Prişans yovşanyarpaq ambroziyanı, çöl sərçəotunu, südotu, qırxbuğum, çobanyastığı, yavşan otu (bulaqotu), amarant növlərini, süpürgə otunu, Teofrast kəndirotunu, ağımtıl tərəni, quşəppəyini, öz-özünə bitmiş günəbaxanı, çöl yarğanotunu, ilişkən qatıqotunu, isitməotunu, adi cincilimi, yabanı xardalı, dərman şahtərəsini, sarmaşıq südləyən, yovşan və s. zədələyir.

  
Təsir mexanizmi: Prişansın tərkibinə daxil olan hər iki aktiv komponent sistemli təsirə malikdir, bitkiyə tez və asanlıqla nüfuz edir və bitkidə, o cümlədən kökdə yayılır, cavan toxumalarda hüceyrələrin böyüməsini blok edir. Florasulam asetolaktatsintaza fermentinin əmələ gəlməsi inhibitorudur, 2,4-D auksin tipli reaksiyaya səbəb olur, nüfuzetmə sürətinə və həssas növləri zədələməsi gücünə görə, onun efir şəklində aktivliyi amin duzlarının tərkibindəki ilə müqayisədə, bir neçə dəfə yüksəkdir.

  Təsir sürəti və zədələmə əlamətləri: Prişans bitkiyə çiləmədən sonra bir saat ərzində nüfuz edir, alaqların böyüməsi bir sutkadan sonra dayanır. Görünən təsir əlamətləri (yarpaqların rəngini itirməsi və burulması) 2- 3 gündən sonra özünü büruzə verir, məhvolma 10- 14 gündə baş verir.

  
Tətbiq normaları və müddətləri: Birillik ikiləpəli alaq otları 2- 6 yarpaq fazasında (hündürlük 5- 10 sm olduqda) daha həssas olur. Çoxilliklər - rozet fazasında, gövdələnmə başlamazdan öncə. Maksimal sərfiyyat norması ilkin alaqlanma dərəcəsi yüksək olduğu, əkinlərdə çoxillik alaq otları üstünlük təşkil etdiyi və həddindən artıq uzanmış alaqlara tətbiq edildiyi zaman istifadə olunur. Tətbiq üçün optimal temperatur +8°С-dən +25°С-dək olan temperaturdur. Gecə şaxtasının proqnozlaşdırıldığı günlərdə və həmin günlərdən sonra çiləməni həyata keçirmək tövsiyə olunmur, çünki preparatın effektivliyi zəifləyə bilər. Yağışa qarşı davamlıdır, çiləmədən bir saat sonra yağışla yuyulmur! Quraqlıq şəraitində effektivliyi aşağı düşmür.

  
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlulu bilavasitə çiləmədən əvvəl hazırlanır. Çiləyici çəninin 1/3 hissəsi təmiz su ilə doldurulur, yavaş- yavaş, qarışdıra- qarışdıra zəruri miqdarda preparat tökülür, preparatdan sonra qalan kanistrlər yaxalanır, su çiləyici çəninə tökülür, çənin qalan hissəsinə, qarışdırmanı daima davam etdirərək, tam dolana qədər su tökülür. İşçi məhlulun həmcinsliyinin təmin edilməsi üçün, qarışdırıcını çiləmə zamanı söndürmək olmaz.

  
Digər preparatlarla qarışdırılması: Prişans çən qarışıqlarında herbisidlərlə, o cümlədən, yulafca əleyhinə herbisidlərlə, fungisidlərlə, insektisidlərlə və aqrokimyəvi maddələrlə qarışdırıla bilər, qumatlarla qarışdırmaq arzuolunmazdır. Tətbiqdən öncə, qarışığın uyğunluğunu yoxlamaq zəruridir.

  
Fitotoksiklik: Prişans paxlalılar əkin altı ilə dənli bitki əkinlərinə tətbiq edilməməmlidir, təkrar əkin halında, yalnız taxıl bitkilərindən istifadə edilməlidir. Preparatın iriyarpaqlı bitkilərin olduğu sahələrə keçirilməsinə yol verilməməlidir. Preparat tövsiyə olunan dozalarda müdafiə olunan bitkilərə fitotoksik təsir göstərmir.

  
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.



Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/ha

     Bitki

        Zərərli obyekt

    Tətbiq qaydası  vaxtı

Gözləmə müddəti tətbiqin  sayı

 

            0,4-0,6

 





 Yazlıq 
 payızlıq buğda, yazlıq arpa, payızlı çovdar.  

 

Birillik, o cümlədən 2,4-D  2M-4X herbisidlərinə qarşı dayanıqlı,  bəzi çoxillik ikiləpəli alaqlar

Bitkilərin kollanması  alaqların erkən böyümə fazalarında əkinlərin çilənməsi. Payızlıqlar yazda çilənir. İşçi məhlul sərfi: 200- 300 l/ha

 

 

 

 

 

                   56 (1)

 

 

 

 

 

                 0,6

 

 

 

 

 

Birillik, o cümlədən 2,4-D  2M-4X herbisidlərinə qarşı dayanıqlı,  bəzi çoxillik ikiləpəli alaqlar

İlişkən qatıqotunun üstünlük təşkil etdiyi halda bitkilərin buğum bağlama fazasında (1-2 buğumarası) və alaqların erkən böyümə fazalarında (sortların həssaslığı nəzərə alınmaqla) əkinlərin çilənməsi; əgər hava şəraiti çiləməni

daha erkən müddətdə həyata keçirməyə imkan verməmişdirsə. Payızlıqlar yazda çilənir. İşçi məhlul sərfi: 200-300 l/ha

 

             0,4-0,6

 

 

 

 

                                       Qarğıdalı

                 


                               Birillik,
 o cümlədən 2,4  D herbisidinə  qarşı dayanıqlı,   bəzi çoxillik  ikiləpəli alaqlar

Bitkilərin 3-5 yarpaq fazasında  alaqların erkən böyümə fazalarında əkinlərin çilənməsi. İşçi məhlul sərfi: 200-300 l/ha

 

 

 

                    60 (1)

 

 

         0,5-0,6

İlişkən qatıqotunun üstünlük təşkil etdiyi halda, əgər hava şəraiti şiləməniı

bu müddətdən əvvəl həyata keçirməyə imkan

verməmişdirsə, bitkilərin 5-7 yarpaq fazasında əkinlərin çilənməsi. İşçi məhlul sərfi: 200-300 l/ha.

All rights reserved. © 2025

This site was created by Khagan Maharramov

X