Təsiredici
maddə: 700
qr/l Metamitron
Şəkər və yem çuğunduru əkinlərində alaqların məhv edilməsi üçün selektiv herbisid.
Preparatın üstünlükləri:
- Çuğundur üçün həddindən artıq zəif fitotoksikliyə malikdir.
- Əkindən qabaq, əkindən sonra, alaq və bitkinin cücərtilərinə tətbiq oluna bilər.
- Bitkilərə kök sistemindən və yarpaqlardan nüfuz edir.
- Herbisidlərin çən qarışıqlarının hazırlanması üçün əvəzedilməz preparatdır.
Suspenziya konsentratı (SK).
2 il.
Kanistr, 10 l.
–5°C-dən +30°C-dək
Məhv edilən obyektlər:
Yüksək həssas alaqlar: şüvərən (növləri), dərman şahtərəsi, süpürgə otu, adi cincilim, Kokia süpürgəsi, tərə (növləri), quşəppəyi, yavşan otu (növləri), yabanı kələm, adi xaçgülü, qara quşüzümü,adi işırqan, dirrik pərpərəni, çobanyastığı (növləri), Tripleurospermum (çobanyastığı növü), dalamaz, yabanı xaşxaş, çöl yarğanotu, gicitkən.
Orta həssas alaqlar: qırxbuğum (növləri), qaratərə (növləri), çöl xardalı, qalinsoqa, Siçanquyruğunabənzər tülküquyruğu, yabanı turp. Az həssas alaqlar: yatıqqanqal, ilişkən qatıqotu,
yulafca, qanlı barmaq otu, qıllıca, darı. Təsir mexanizmi: Sistemli təsirə malik preparat. Bitkilərə kök sistemindən və yarpaqlardan nüfuz edir, həssas alaqların tənəffüsünü və fotosintezini məhv
edir.
Təsir sürəti: Torpağa tətbiq edildikdə, alaqlar toxumlar cücərdiyi zaman; vegetasiya olan cücərtilərə tətbiq etdikdə isə - 14- 20 gün ərzində məhv olur. Bu zaman görünən zədələnmə əlamətləri 3- 8 gündə özünü büruzə
verir.
Tətbiq normaları və müddətləri: Şansomitronu əkindən öncə, 2-3 sm dərinliyə möhkəmlədirmənin həyata keçirilməsi ilə; əkindən sonra, torpağa möhkəmlindirmə ilə və ya möhkəmləndirmə olmadan, habelə, vegetasiya fazasında olan çuğundur
bitkilərinə və alaqlara tətbiq etmək olar. Preparatın sərfiyyat norması 1,5 l/ha-dan 6 l/ha-dək, işçi məhlul sərfiyyatı - 200-300 l/ha.
İşçi məhlulun hazırlanması texnologiyası: İlk öncə, çiləyicinin çəninə 300- 400 l su doldurulur.
Daha sonra hidroqarışdırıcı işə salınır və preparat
yavaşca tökülür. 10 dəqiqə
qarışdırıldıqdan sonra, qaba digər preparatlar əlavə edilir. Hər növbəti
komponent əvvəlki tam həll olunandan
sonra əlavə edilir. Daha sonra çiləyici çəni tam dolana qədər
su ilə doldurulur. Hazırlanmış işçi məhlul hazırlandığı
gün istifadə olunur. Aqreqat məcburi dayandığı
hallarda, hidroqarışdırıcını söndürmürlər.
Preparatın effektivliyinə təsir göstərən
amillər:
- Torpağın nəmliliyi kifayət qədər yüksək və havanın nisbi rütubəti yüksək olduğu zaman preparat yüksək effektivlik nümayiş etdirir.
- Şansomitronu +5°С-dən aşağı və +25°С-dən yuxarı temperatur şəraitində tətbiq etmək olmaz.
- Şaxtanın, istinin zəiflətdiyi və ya zərərvericilərin çox zədələdiyi çuğundur bitkilərinə preparatı tətbiq etmək tövsiyə olunmur.
- Çiləmədən sonra 6 saatdan tez yağan yağış alaqların məhv edilməsi effektivliyini azaldır.
- Şeh bol olduqda preparatı tətbiq etmək olmaz.
Digər preparatlarla uyğunluğu: Şansomitron çuğundur əkinində istifadə olunan bütün preparatlara uyğundur. Preparatları qarışdırmazdan öncə, həmişə, əvvəlcədən fiziki- kimyəvi uyğunluğunu yoxlamaq lazımdır.
Fitotoksiklik: Tövsiyə olunan dozalarda, preparat şəkər, yem və süfrə çuğunduruna toksik təsir göstərmir.
Təhlükə sinfi:
Preparat 3-cü təhlükə
sinfinə (mülayim təhlükəli birləşmə), torpaqda
dayanıqlığına görə 3-cü sinfə aiddir.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
|
|
|
Alaq otlarının təkrar böyüməsi |
|
|
|
|
|
zamanı 8-14 gündən sonra |
|
|
|
|
|
yenidən çiləmə aparmaqla, alaq |
|
|
1,5-2,0 |
|
|
otlarının cücərməsi ilə (ikiləpəli alaq otlarında ləpə yarpaqlar və |
60 (2) |
|
|
|
|
dənli alaq otlarında ilk yarpaq |
|
|
|
Şəkər çuğunduru |
Birillik ikiləpəli və bəzi taxıl fəsiləsi otları |
fazasında) əkinlərin çilənməsi. İşçi məhlul sərfi – 200-300 l/ha. |
|
|
|
|
|
||
|
|
|
|
Əkinə qədər (torpağın |
|
|
|
|
|
çevrilməsi ilə), bitki |
|
|
|
|
|
cücərtilərinə qədər topağın |
|
|
5,0-6,0 |
|
|
çilənməsi və ya bitkinin 1-2 |
60 (1) |
|
|
|
|
əsl yarpaq fazasında əkinlərin |
|
|
|
|
|
çilənməsi. İşçi məhlul sərfi – |
|
|
|
|
|
200-300 l/ha. |
|