Təsiredici
maddəsi: 250
qr/kq Rimsulfuron
Qarğıdalı və kartof əkinlərində birillik və çoxillik taxıl və bəzi ikiləpəli alaq otların məhv edilməsi üçün tətbiq olunan herbisid.
Preparatın üstünlükləri:
- Qarğıdalı və kartof əkinlərində birillik və çoxillik taxıl və bəzi birillik ikiləpəli alaq bitkilərinin məhv edilməsi zamanı yüksək effektivlik göstərir.
- Alaq bitkilərinin sadəcə yerüstü deyil, həmçinin yeraltı hissəsini zədələyir.
- Növbəli əkinin digər bitkilərinin becərilməsi üzrə məhdudiyyətləri yoxdur.
Suda dispersiya olan qranul (SDQ).
3 il.
Kanistr, 0,5 kq.
–30°C-dən +30°C-dək
Məhv edilən obyektlər:
Yüksək həssas alaqlar: qıllıca (növləri), darı, tülküquyruq, yulafca, girdə
topalaq, sürünən ayrıqotu,
çöl qanqalı, qaratərə
(növləri), Teofrast kəndirotu, çobanyastığı (növləri), quşəppəyi, yabanı turp, yabanı xardal, adi cincilim, dərman şahtərəsi.
Orta həssas alaqlar: ağımtıl tərə, qırxbuğum
(növləri), ambroziya
(növləri), pıtraq
(növləri), sirkən
(növləri).
Az həssas alaqlar: çöl sarmaşığı, çəmənlik
bənövşəsi, çöl qatırquyruğu, qara quşüzümü. Təsir mexanizmi: Preparat yarpaqlar tərəfindən tez bir zamanda udulur,
damar sistemi ilə bitkinin bütün orqanlarına hərəkət edir və böyümə nöqtələrində
yığılır. Preparatın təsiredici maddəsi bütün taxıl və bəzi ikiləpəli alaqlarda asetolaktatsintaz fermentini blok edir.
Təsir sürəti və zədələmə əlamətləri: Tətbiq edildikdən
bir neçə saat sonra, həssas bitkilərin böyüməsi və becərilən
bitkilərlə rəqabətləri dayanır. 2-3
gündən sonra, yarpaqlar
solğun rəng almağa və solmağa başlayır. Bitkinin tamamilə
məhv olması, havadan, növ tərkibindən və onların fazalarından asılı olaraq, 6-20 gündə müşahidə edilir.
Tətbiq normaları və müddətləri: Şantus birillik taxıl alaqlarını 1-4 yarpaq fazasında; çoxillik taxıl alaqlarını (ayrıqotu və s.) hündürlüyü 10-15 sm olduqda; birillik ikiləpəli alaqları isə «ləpə - 4 yarpaq» dövründə effektiv şəkildə
məhv edir. Çiləmə
ən geci qarğıdalının 5-6 yarpağı əmələ gələndə həyata keçirilir. Kartof alaqların erkən inkişaf fazalarında dibin doldurulmasından sonra tətbiq olunur. Birillik taxıl alaqlarının məhv edilməsi üçün 40 qr/ ha, çoxillik taxıl
alaqlarının məhv edilməsi
üçün isə - 50 qr/ ha tətbiq edilir.
Preparatın hissə - hissə, alaqların
birinci və ikinci dalğası üzrə,
30 qr/ ha + 20 qr /ha tətbiq edilməsi
mümkündür. Şantusun
işçi məhluluna mütləq Silvoşans adyuvantı əlavə
edilir – 0,1 l/ ha.
Hibrid qarğıdalının, habelə şəkər çuğundurunun toxum əkinlərini Şantusla çiləmək tövsiyə olunmur. İşçi məhlulun
hazırlanması texnologiyası: Əvvəlcə, çiləyici qabına 300- 400 l su doldurulur, hidroqarışdırıcı işləyə-işləyə, çənə Şantusun əsas məhlulu tökülür. Daha sonra, qarışdırmaq şərtilə, su tökülür. Tam dolana qədər 200- 300 litr qaldıqda, çiləyiciyə adyuvant və çatışmayan miqdarda su tökülür.
Əsas məhlul aşağıdakı
üsulla hazırlanır: vedrəyə 3-4 litr su tökülür. Daha sonra preparat çiləyicinin bir dəfəlik dolumu üçün lazımi
miqdarda əlavə edilir. Yaxşıca qarışdırılır və 7-8 l qədər su əlavə olaraq tökülür. Daha sonra, hazırlanmış əsas məhlul çiləyici çəninə tökülür. Vedrənin yaxalanması zamanı istifadə olunmuş su da çiləyiciyə tökülür.
Çiləyicinin təmizlənməsi: Şantus tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və
sudan ibarət, 100 l suya 250- 300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
Preparatın effektivliyinə təsir göstərən amillər:
- Preparatın maksimal effektivliyi əlverişli hava şəraitində çiləmə zamanı əldə edilir: torpağın və havanın optimal nisbi rütubəti, +15°С-dən +25°С-dək olan hava temperaturu şəraitində.
- Emaldan sonra yaxın müddət ərzində havanın temperaturunun +6°С-dək enəcəyi ehtimalı varsa, Şantusu tətbiq etmək məqsədəuyğun deyil.
- Alaqlar həddindən çox böyüdükdə və zibillənmə sıxlığı yüksək olduqda, habelə, quraqlıq şəraitində çiləmə zamanı preparatın norması 20- 25% artırılır, Şans-90 - 0,3 l/ ha qədər, işçi məhlul - 300 l/ ha qədər.
- Şeh və ya yağış səbəbi ilə islanmış bitkilərə çiləmək tövsiyə olunmur.
- Emaldan 4 saat sonra yağan yağış preparatın effektivliyini azaltmayacaq.
Digər preparatlarla uyğunluğu: Şantus sərbəst tətbiq zamanı yüksək effektiv
herbisiddir. Lakin, alaqlara, xüsusilə də çox zibillənmiş qarğıdalı əkinlərində, təsir spektrinin genişləndirilməsi üçün, onu Şans DKB preparatı ilə qarışdırmaq
olar. Şantus preparatı böyümə tənzimləyiciləri, insektisidlər, fungisidlər və mikrogübrələrə uyğundur. Çən qarışıqları hazırlanmazdan
öncə, komponentlərin fiziki- kimyəvi uyğunluğunu yoxlamaq zəruridir.
Növbəli əkin üzrə məhdudiyyət: Çiləmədən sonra gələn növbəti il istənilən bitkini əkmək olar.
Fitotoksiklik: Reqlamentlə tövsiyə olunan
normalarda preparat bitkiyə toksik təsir göstərmir. Fosforlu üzvi insektisidlərlə çiləmədən əvvəl və sonra 14 gün ərzində Şantusu istifadə
etmək olmaz. Kartofun
cavan yarpaqlarında sarılıq əmələ gələ və tez bir zamanda keçə bilər ki, bu da yumruların məhsuldarlığına və keyfiyyətinə təsir göstərmir.
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə
aiddir.
Zəmanətin qüvvədə olduğu saxlama müddəti: 3 il. Zavod qablaşdırmasında -30 °C-dən +30
°C-dək olan temperatur
şəraitində saxlayın.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, kq/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
|
Qarğıdalı |
|
Bitkilərin 2-6 yarpaq fazasında və alaqların böyüməsinin erkən fazalarında əkinlərin çilənməsi 200 ml/ha Şans-90, J (SAM) preparatı ilə qatışıqda. İşçi məhlul sərfi- 200-300 l/ha. |
60 (1) |
|
0,05 |
|
Bitkilərin 2-6 yarpaq fazasında dənli bitkilərin 10-15 sm hündürlüyü zamanı və südotunun çiçək açma fazasında əkinlərin çilənməsi-200 ml/haŞans-90, J (SAM) preparatı ilə qatışıqda. İşçi məhlul sərfi- 200-300 l/ha. |
||
|
|
Bitkilərin 2-6 yarpaq fazasında əkinlərin çilənməsi. 200 ml/ha Şans-90, J (SAM) preparatı ilə qatışıqda alaqların birinci və ikinci dalğa üzrə (interval 10-20 gün) çilənmə. İşçi məhlul sərfi- 200-300 l/ha. |
|
||
|
0,05 |
Kartof |
|
Birillik alaqların erkən inkişaf fazalarında (1-4 yarpaq) və ayrığın 10-15 sm hündürlüyü zamanı 200 ml/ha Şans-90, J (SAM) preparatı ilə qatışıqda dibini yumşaltmadan sonra əkilmiş bitkilərin çilənməsi. İşçi məhlul sərfi- 200-300 l/ha. |
60 (1) |
|
|
200 ml/ha Şans-90, J (SAM) preparatı ilə qatışıqda alaqların birinci dalğa üzrə və təkrarən ikinci dalğa üzrə dibini yumşaltmadan sonra əkilmiş bitkilərin çilənməsi. İşçi məhlulun sərfi- 200-300 l/ha. |
|
||
|
|
|
Çoxillik və birillik taxıl fəsiləsi və ikiləpəli alaqlar |
Mədəni bitkinin 2-6 yarpaq və alaq otlarının ilkin inkişaf fazasında 200 ml/ha Şans-90J-nin (SAM) qarışığı ilə əkinlərin çilənməsi. Işçi məhlul sərfi-200-300 l/ha |
|