ŞANSTAR SDQ

ŞANSTAR SDQ

Təsiredici maddəsi: 750 qr/kq Tribenuron-Metil 
Dənli-taxıl əkinlərində birillik və bəzi çoxillik ikiləpəli alaqların məhv edilməsi üçün herbisid.

Preparatın üstünlükləri:

  • Birillik ikiləpəli, o cümlədən 2,4-D 2М-4Х davamlı alaqlara çöl qanqalına geniş spektrli təsir.
  • +5°С-dən +25°С-dək olan temperatur diapazonunda yüksək effektivlik nümayiş etdirir.
  • Flaq yarpaq çıxana qədər taxıl bitkiləri üçün toksik deyil.
  • Tətbiq edildikdən 3 saat sonra yarpaq səthindən yağışla yuyulmur.

  Suda-dispersiya olan qranull (SDQ).                      3 il.

  Kanistr, 0,5 kq.                                                    
-30 °С-dən +30 °С-dək

  Məhv edilən obyektlər:
Yüksək həssas alaqlar:

işırqan (növləri), çöl xardalı, lərgə, quşəppəyi, çöl yarğanotu, qaymaqçiçəyi (növləri), adi xaçgülü, orta cincilim, Kanada xırdaləçiçəyi, dalamaz (növləri), yabanı kahı (kompas), yabanı xaşxaş, xırdaçiçəkli unutmaməni, qanqal (növləri), birillik zöhrəotu, yabanı turp, çobanyastığı (növləri), bozalaq (növləri), çöl bənövşəsi, Çəmən kişnişi, qatlanan qaratərə, sikuta durnaotu, Buassiye tovlu qulağı, süpürgə otu, çobanyastığı, yabanı günəbaxan, şüvərən (növləri), qırmızıbaş qırxbuğum, adi şehçiçəyi (növləri).

Orta həssas alaqlar: Qırmızıbaş qırxbuğum, alaq əmənkömənci, çobanyastığı (növü), dərman zəncirotu, ağımtıl tərə, sarı südotu, ilişkən qatıqotu, əvəlik (növləri).
Az həssas alaqlar: mavi göyçiçək, dərman şahtərəsi, çöl sarmaşığı, sarmaşıqvari.

  
Təsir mexanizmi: Sistemli təsirə malik preparat, bitkiyə yarpaq səthindən nüfuz edir, həssas alaqların hüceyrələrinin bölünməsini blok edir, buna görə, artıq bir neçə saatdan sonra onların böyüməsini və inkişafını dayandırır.

  
Təsir sürəti: İlk vizual zədələnmə əlamətləri (xloroz və solma) emaldan 7- 10 gün sonra özünü büruzə verir, tam məhvolma, alağın növündən və onun inkişafından, hava şəraitindən asılı olaraq 15- 20 gündə baş verir.

  
Tətbiq normaları müddətləri: Preparatın tətbiqi ikiləpəli birillik bitkilər 2-4 yarpaq əmələ gətirdikdə aktiv böyümə fazasında olduqda: südotular - rozet fazasında olduqda başlayır. Bu dövr çiləmə üçün daha effektiv bir dövrdür. Preparatın tətbiqi norması 0,01-0,015 kq/ ha, Şans- 90 adyuvantının sərfiyyatı - 0,2 l/ ha, işçi məhlul sərfiyyatı - 200 l/ ha təşkil edə bilər. 0,02-0,025 kq/ ha miqdarında Şanstarı Şans-90 J olmadan tətbiq etmək olar. Payızlıq buğdaya flaq yarpaq əmələ gələnə qədər, arpaya isə boruya çıxana qədər tətbiq etmək olar. Zərərli alaq otlarına (südotu , çöl sarmaşığı) göstərilən təsirin gücləndirilməsi üçün, Şanstarı Şans DKB ilə qarışıqda, müvafiq olaraq 0,01 kq/ ha + 0,2 l / ha nisbətində istifadə etmək olar.

  
İşçi məhlulun hazırlanması texnologiyası: Əvvəlcə, çiləyicinin çəninə 300- 400 l su doldurulur. Daha sonra, hidroqarışdırıcı işləyə-işləyə, çənə tələb olunan miqdarda preparat əlavə edilir. Həmçinin, hidroqarışdırıcı işləyə-işləyə, su əlavə edilir. Adyuvant (Şans-90) çiləyici çəninə son olaraq, tam dolana qədər 200- 300 l su üçün yer qaldığı zaman, əlavə edilir.

  
Çiləyicinin təmizlənməsi: Şanstar tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və sudan ibarət, 100 l suya 250-300 qr.Soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.

  
Digər preparatlarla uyğunluğu: Şanstar dənli bitkilərə tətbiq olunan bir çox preparatlara, o cümlədən taxıl əleyhinə Şansyugenə uyğundur. Preparatı tərkibində fosforlu üzvi birləşmələrin olduğu pestisidlərlə qarışdırmaq olmaz, çünki bu becərilən bitkilərin məhv olmasına səbəb ola bilər.

  
Fitotoksiklik: Tövsiyə olunan tətbiqetmə normalarında və müddətlərində preparat dənli bitkilərə toksik təsir göstərmir.

  
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.



Tətbiq qaydaları


Preparatın tətbiq norması, kq/ha

    Bitki

    Zərərli obyekt

  Tətbiq qaydası vaxtı

 Gözləmə müddəti tətbiqin  
                sayı 

 




0,02-
0,025

     



         
Yazlıq və payızlıq   buğda,payızlıq   yazlıq arpa  




    
Birillik ikiləpəli   alaqlar, o cümlədən 2,4-D və 2M 4X herbisidlərinə qarşı   dayanıqlı olanlar,tarla  qanqalı  

Bitkilərin kollanması fazasında və alaqların böyüməsinin ilkin fazalarında (birilliklər 2-4 yarpaq, tarla qanqalı - çiçək açma) əkinlərin çilənməsi. Payızlıqlar yazda çilənir. İşçi məhlul sərfi: 200-300 l/ha.

 

 

       

                  
60 (1)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X