ŞANS 24 EK

ŞANS 24 EK

Təsiredici maddə: 564 qr/l 2,4-D Turşuları (mürəkkəb 2-Etilheksil efiri) 

Dənli (sünbüllü) bitki və qarğıdalı əkinlərində birillik və çoxillik ikiləpəli alaqlara qarşı tətbiq olunan sistem təsirli herbisid


Preparatın üstünlükləri:

  • Birillik və çoxillik ikiləpəli alaqların (südotuların) geniş spektrini məhv edir.
  • 2,4-D turşusunun efir forması təsiredici maddəyə bir saat ərzində alaq bitkisinə nüfuz etməyə imkan verir.
  • Bioloji fəallıq və hərəkət etmə qabiliyyəti sayəsində, sürətlə yarpaqlardan zoğların və köklərin böyümə nöqtələrinə hərəkət edir, alaqların böyüməsini dayandırır və yetişdirilən bitkilərlə rəqabəti aradan qaldırır.
  • Hətta əlverişsiz ətraf mühit şəraitində belə, yüksək effektivliyə malik olur.

  Emulsiya konsentratı (EK)                      3 il.

  Kanistr, 10 l.                                        
-10°С-dən +30°С-dək


  Məhv edilən obyektlər: Tərə (növləri), quşəppəyi, şüvərən, süpürgə otu, adi pıtraq, yabanı günəbaxan, yabanı xardal, yabanı turp, vəzərək, çöl yarğanotu, tarla südotu və s.

  
Təsir mexanizmi: 2,4-D turşusu efir forması bitki böyümə hormonlarının sintetik analoqudur. Bitkiyə düşərək, o, tez bir zamanda paylanır (həm ksilemada, həm də floemada) və bitkilərin təbii hormonlarını və, beləliklə, onların funksiyalarını bloklayır. Bu zaman sintetik hormonlarla həddindən artıq zənginləşmə baş verir ki, bu da fotosintez və meristemada hüceyrələrin bölünməsi prosesinin pozulmasına gətirib çıxarır, yarpaq və saplaqların deformasiyasına, alaqların böyüməsinin əhəmiyyətli dərəcədə pozulmasına və daha sonra məhv olmasına səbəb olur.

  
Təsir sürəti zədələmə əlamətləri: Efir forması 2,4-D turşusunun çiləmədən sonra bir saat ərzində yarpaqların kutikulasından nüfuz etməsinə və floema və ksilema ilə bitkidə qalxan (yerüstü orqanların böyümə nöqtələrinə doğru) və enən (kök sisteminə doğru) istiqamətlərdə hərəkət etməsinə səbəb olur. Herbisid təsirinin ilk əlamətləri, əlverişli hava şəraitində, həssas alaqlarda özünü preparat tətbiq edildikdən sonra 1-2 gündə, əyilmələr və xlorozlar şəklində büruzə verir. Alaqların aktiv böyüməsi çiləmədən sonra artıq birinci sutkada dayanır. Alaqların tamamilə məhv olması tətbiqdən sonra 14-20 gün ərzində baş verir. Təsirin əsas əlamətləri aşağıdakılardır: yerüstü orqanların qeyri- bərabər şəkildə böyüməsi, müxtəlif növ deformasiyalar, yarpaqların rəngsizləşməsi, buğumaralarının uzunluğunun azalması, damarların qızarması, yarpaqların xlorozu, böyümə nöqtələrinin məhv olması, toxumaların nekrozu.

  
Qoruma Müddəti: Torpaq təsirinə malik deyil, çiləmə zamanı yalnız mövcud olan alaqlara təsir göstərir. Tövsiyələrə əməl edildiyi zaman, bitkinin optimal inkişafı şərtilə, bir dəfəlik istifadə vegetasiyanın sonuna qədər ikiləpəli alaqların effektiv şəkildə məhv edilməsi üçün kifayyət edir.

  
Tətbiq normaları və müddətləri: Preparatın tətbiqi səthdə kütləvi şəkildə həssas alaqlar əmələ gəldiyi zaman başlayır. Şans 24, EK preparatının aktiv şəkildə vegetasiya edən alaqlarda +10°С-dən

+25°С-dək olan temperatur intervalında tətbiq edilməsi daha effektiv olur. Preparat təsirinin yüksək bioloji effektivlik təsirinin əldə edilməsi üçün, .çiləməni alaq bitkilərinin daha həssas inkişaf fazalarında həyata keçirmək zəruridir. Çöl sarmaşığı üçün daha uyğun mərhələ qönçələmə - çiçəkləmənin başlaması dövrüdür, birillik alaqlar üçün 3-5 yarpaq mərhələsi, çoxillik (süpürgə otu növləri) üçün alaqların 5 sm-dək diametrli rozet mərhələsidir. Şans 24, EK-nin tətbiq oluna biləcəyi müddət 3-4 yarpaq fazasından bitkinin ilk buğumarasının formalaşmasının başlamasına qədər. Optimal tətbiq müddəti 3-4 yarpaq fazasından kollanma başa çatana qədərdir. İşçi maye sərfiyyatı, 

alaq bitkilərinin yarpaq səthinin daha yaxşı islana bilməsi üçün, ən azı 200 l/ha təşkil etməlidir. Əkinlərdə çiləmə əlverişli hava şəraitində həyata keçirilməlidir: açıq isti havada, torpağın kifayət qədər nəm olduğu bir vaxtda.

  İşçi məhlulun hazırlanması texnologiyası: Əvvəlcə, çiləyicinin çəninə 300- 400 l su doldurulur. Daha sonra, hidroqarışdırıcı işləyə-işləyə tələb olunan miqdarda preparat əlavə olunur. Su, eyni zamanda qarışdırmaqla, tam dolana qədər, tökülür.

  
Preparatın effektivliyinə təsir göstərən amillər: Əkinlərin emalı əlverişli hava şəraitində həyata keçirilməlidir: açıq isti, küləksiz havada, torpağın kifayət qədər nəm olduğu bir vaxtda. Əlverişsiz şəraitdə tətbiq üzrə tövsiyələr: küləyin sürəti 5 m-san-dən çox olduqda, preparatı tətbiq etmək tövsiyə olunmur. Emal zamanı nəzarət etmək lazımdır ki, preparat qonşuluqdakı həssas bitkilərə düşməsin. Gecə şaxtasının proqnozlaşdırıldığı günlərdə və həmin günlərdən sonra emalı həyata keçirmək tövsiyə olunmur, çünki preparatın effektivliyi zəifləyə bilər. Çiləmədən 2-3 saat sonra yağan yağıntılar preparatın herbisid təsirini zəiflətmir. Preparatın təsirinin meristemaların aktiv şəkildə bölünən hüceyrələrinə yönəldiyinə görə (quraqlıq şəraitində isə bu proses kəskin şəkildə zəifləyir), quraqlıq şəraitində bioloji effektivliyin zəifləməsi müşahidə olunur.

  
Digər preparatlarla uyğunluğu: Şans 24, EK-ni həmin müddətlərdə tətbiq olunan digər herbisidlərlə, fungisidlərlə, insektisidlərlə, böyümə stimulyatorları ilə və maye kompleks gübrələri ilə qarışdırmaq olar. Hər bir konkret halda, qarışdırılan preparatların uyğunluğunu yoxlamaq lazımdır.

  
Növbəli əkin üzrə məhdudiyyət: Çiləmədən sonra gələn növbəti il istənilən bitkini əkmək olar.

  
Fitotoksiklik: Preparatın tətbiq müddətləri və normaları üzrə tövsiyələrə riayət edildikdə, emal olunan bitkilərə qarşı fitotoksikliyin özünü büruzə verməsi halları müəyyən edilməyib. Tətbiq zamanı hibrid qarğıdalı əkinlərində ayrı-ayrı bitkilərin qısamüddətli yatması mümkündür. Bu onunla əlaqədardır ki, bəzi hibridlər 2,4-D-nin təsirinə qarşı həssas olur.

  
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.



Tətbiq qaydaları


Preparatın tətbiq norması, l/ha

            Bitki

  Zərərli  obyekt  

                                Tətbiq qaydası vaxtı

  Gözləmə  müddəti  /  tətbiqin  sayı  

 




Payızlıq 

buğda,   yazlıq buğda  yazlıq arpa  

 



Yazda lülə bağlayana qədər 

bitkinin kollanma fazasında əkinlərin çilənməsi. İşçi məhlul sərfiı –  200-300 l/ha.

 

0,8-1,0


 

Birillik bəzi çoxillik ikiləpəli alaq otları


 

             
                   
60 (1)

 


      
0,8-1,2





Qarğıdalı (yağlıq qarğıdalıdan 

başqa)






Bitkinin 3-5 yarpaq fazasında əkinlərin çilənməsi. İşçi məhlul sərfi – 

200-300 l/ha.



 


 

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X