Təsiredici maddə:
564 qr/l 2,4-D
Turşuları (mürəkkəb 2-Etilheksil
efiri)
Dənli (sünbüllü) bitki və
qarğıdalı əkinlərində birillik və çoxillik ikiləpəli alaqlara qarşı tətbiq olunan
sistem təsirli herbisid
Preparatın üstünlükləri:
- Birillik və çoxillik ikiləpəli alaqların (südotuların) geniş spektrini məhv edir.
- 2,4-D turşusunun efir forması təsiredici maddəyə bir saat ərzində alaq bitkisinə nüfuz etməyə imkan verir.
- Bioloji fəallıq və hərəkət etmə qabiliyyəti sayəsində, sürətlə yarpaqlardan zoğların və köklərin böyümə nöqtələrinə hərəkət edir, alaqların böyüməsini dayandırır və yetişdirilən bitkilərlə rəqabəti aradan qaldırır.
- Hətta əlverişsiz ətraf mühit şəraitində belə, yüksək effektivliyə malik olur.
Emulsiya konsentratı (EK)
3 il.
Kanistr, 10 l.
-10°С-dən +30°С-dək
Məhv edilən obyektlər: Tərə (növləri), quşəppəyi, şüvərən, süpürgə otu, adi pıtraq, yabanı
günəbaxan, yabanı xardal, yabanı
turp, vəzərək, çöl yarğanotu,
tarla südotu və s.
Təsir mexanizmi: 2,4-D turşusu
efir forması bitki böyümə hormonlarının sintetik analoqudur. Bitkiyə düşərək, o, tez bir
zamanda paylanır (həm ksilemada, həm
də floemada) və bitkilərin təbii hormonlarını və, beləliklə, onların funksiyalarını bloklayır. Bu zaman
sintetik hormonlarla həddindən artıq zənginləşmə baş
verir ki, bu da fotosintez və
meristemada hüceyrələrin bölünməsi prosesinin pozulmasına gətirib çıxarır, yarpaq və saplaqların deformasiyasına, alaqların
böyüməsinin əhəmiyyətli dərəcədə
pozulmasına və daha sonra
məhv olmasına səbəb
olur.
Təsir sürəti və zədələmə əlamətləri: Efir forması 2,4-D turşusunun çiləmədən sonra
bir saat ərzində yarpaqların kutikulasından nüfuz etməsinə və floema
və ksilema ilə bitkidə qalxan
(yerüstü orqanların böyümə nöqtələrinə doğru) və enən (kök sisteminə doğru) istiqamətlərdə hərəkət etməsinə
səbəb olur. Herbisid
təsirinin ilk əlamətləri, əlverişli hava şəraitində,
həssas alaqlarda özünü preparat tətbiq edildikdən
sonra 1-2 gündə, əyilmələr və xlorozlar şəklində büruzə verir. Alaqların aktiv böyüməsi çiləmədən sonra artıq birinci sutkada dayanır. Alaqların tamamilə məhv olması
tətbiqdən sonra 14-20 gün ərzində
baş verir. Təsirin
əsas əlamətləri aşağıdakılardır: yerüstü orqanların qeyri- bərabər şəkildə böyüməsi, müxtəlif növ
deformasiyalar, yarpaqların rəngsizləşməsi, buğumaralarının uzunluğunun azalması, damarların
qızarması, yarpaqların xlorozu, böyümə
nöqtələrinin məhv olması, toxumaların nekrozu.
Qoruma Müddəti:
Torpaq təsirinə malik
deyil, çiləmə zamanı yalnız
mövcud olan alaqlara
təsir göstərir. Tövsiyələrə əməl edildiyi zaman,
bitkinin optimal inkişafı şərtilə, bir dəfəlik istifadə vegetasiyanın
sonuna qədər ikiləpəli alaqların effektiv şəkildə məhv
edilməsi üçün kifayyət edir.
Tətbiq normaları və müddətləri:
Preparatın tətbiqi səthdə kütləvi şəkildə həssas alaqlar əmələ
gəldiyi zaman başlayır. Şans
24, EK preparatının aktiv şəkildə vegetasiya edən alaqlarda +10°С-dən
+25°С-dək
olan temperatur intervalında tətbiq edilməsi daha effektiv olur. Preparat təsirinin yüksək
bioloji effektivlik təsirinin əldə edilməsi
üçün, .çiləməni alaq bitkilərinin
daha həssas inkişaf fazalarında həyata keçirmək zəruridir. Çöl sarmaşığı üçün daha
uyğun mərhələ qönçələmə - çiçəkləmənin
başlaması dövrüdür, birillik alaqlar
üçün 3-5 yarpaq
mərhələsi, çoxillik (süpürgə otu növləri) üçün alaqların 5 sm-dək
diametrli rozet mərhələsidir. Şans 24, EK-nin
tətbiq oluna biləcəyi müddət 3-4 yarpaq fazasından bitkinin
ilk
buğumarasının formalaşmasının başlamasına
qədər. Optimal tətbiq müddəti 3-4 yarpaq fazasından
kollanma başa çatana qədərdir. İşçi maye sərfiyyatı, alaq bitkilərinin yarpaq səthinin daha yaxşı islana bilməsi üçün, ən azı 200 l/ha təşkil etməlidir. Əkinlərdə
çiləmə əlverişli hava şəraitində həyata
keçirilməlidir: açıq isti havada,
torpağın kifayət qədər nəm olduğu bir vaxtda. İşçi məhlulun hazırlanması
texnologiyası: Əvvəlcə, çiləyicinin çəninə
300- 400 l su doldurulur. Daha sonra, hidroqarışdırıcı işləyə-işləyə tələb olunan
miqdarda preparat əlavə olunur. Su, eyni zamanda qarışdırmaqla, tam dolana qədər,
tökülür.
Preparatın effektivliyinə təsir göstərən amillər: Əkinlərin emalı əlverişli hava şəraitində həyata keçirilməlidir: açıq isti, küləksiz
havada, torpağın kifayət qədər nəm olduğu bir vaxtda. Əlverişsiz şəraitdə tətbiq üzrə tövsiyələr: küləyin sürəti
5 m-san-dən çox olduqda, preparatı tətbiq
etmək tövsiyə olunmur. Emal zamanı nəzarət etmək lazımdır
ki,
preparat qonşuluqdakı həssas bitkilərə düşməsin.
Gecə şaxtasının proqnozlaşdırıldığı günlərdə
və həmin günlərdən sonra emalı həyata keçirmək tövsiyə
olunmur, çünki preparatın effektivliyi zəifləyə bilər. Çiləmədən
2-3 saat sonra yağan yağıntılar preparatın herbisid təsirini
zəiflətmir. Preparatın təsirinin meristemaların aktiv şəkildə bölünən hüceyrələrinə yönəldiyinə görə
(quraqlıq şəraitində isə bu proses kəskin şəkildə zəifləyir), quraqlıq şəraitində bioloji
effektivliyin zəifləməsi müşahidə
olunur.
Digər preparatlarla uyğunluğu: Şans 24, EK-ni həmin müddətlərdə
tətbiq olunan digər herbisidlərlə, fungisidlərlə, insektisidlərlə, böyümə
stimulyatorları ilə və maye kompleks gübrələri
ilə qarışdırmaq olar. Hər bir konkret halda, qarışdırılan preparatların
uyğunluğunu yoxlamaq lazımdır.
Növbəli əkin üzrə məhdudiyyət: Çiləmədən sonra gələn növbəti il istənilən bitkini əkmək olar.
Fitotoksiklik:
Preparatın tətbiq
müddətləri və normaları üzrə tövsiyələrə riayət
edildikdə, emal olunan bitkilərə qarşı fitotoksikliyin özünü
büruzə verməsi halları müəyyən edilməyib. Tətbiq zamanı
hibrid qarğıdalı əkinlərində ayrı-ayrı bitkilərin
qısamüddətli yatması mümkündür. Bu onunla əlaqədardır ki, bəzi hibridlər 2,4-D-nin təsirinə
qarşı həssas olur.
Təhlükə sinfi: Preparat
3-cü təhlükə sinfinə aiddir.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
|
|
|
|
|
|
0,8-1,0 |
|
Birillik və bəzi çoxillik ikiləpəli alaq otları |
|
|
|
|
|
|
||
|
|
|
|
|
|