KLETOŞANS EK

KLETOŞANS EK

Təsiredici maddə: 240 qr/ Kletodim
Şəkər çuğunduru, soya əkinlərində birillik çoxillik taxıl fəsiləsi alaq otlarının məhv edilməsi üçün herbisiddir.

Preparatın üstünlükləri:

  • Preparat, digər herbisidlərlə müqayisədə, hava şəraitindən daha az asılılıq nümayiş etdirir.
  • Növbəli əkinin növbəti bitkisinə zərərli təsir göstərmir.
  • Birillik taxıl alaqlarının məhv edilməsi üçün iqtisadi cəhətdən sərfəli preparat.

  Emulsiya konsentratı (EK)                        3 il.

  Kanistr, 10 l.                                           
–10 °C-dən +30 °C-dək


  Məhv edilən obyektlər: Birillik və çoxillik dənli alaq otları

  Təsir mexanizmi: Kletoşans sistemik herbisiddir. Bitkilərə yarpaqlardan və gövdələrdən nüfuz edir, kök sisteminə doğru hərəkət edir. Böyümə nöqtələrində toplanır. Lipidlərin sintezini blok edir.

  
Təsir sürəti və zədələmə əlamətləri: Çiləmədən 1- 2 gün sonra həssas alaqların böyüməsi dayanır. 3- 7 gündə yarpaqlar solğun rəng alır, buğumaralarında böyümə nöqtələri boz rəng alır məhv olur. Bitki, hava şəraitindən asılı olaraq, 8- 12 gündə tamamilə məhv olur. Bu zaman bitkilərin sadəcə yerüstü hissəsi deyil, həmçinin yeraltı hissəsi (kökümsovları) məhv olur. Təsir (məhvetmə) sürətinə görə, Kletoşans digər qraminisidlərdən üstündür.

  
Tətbiq normaları və müddətləri: Preparatı dənli alaq otlarının cücərtiləri əmələ gəldiyi zaman, bir qayda olaraq, birilliklərdə - 2- 6 yarpaq fazasında, çoxilliklərdə - bitkinin inkişaf fazasından asılı olmayaraq, hündürlüyü 15- 20 sm olduqda, tətbiq etməyə başlayırlar. Çiləməni alaq otları aktiv şəkildə böyüdüyü dövrdə, +25° С-dən yüksək olmayan temperatur şəraitində həyata keçirmək məsləhətdir. Temperatur daha yüksək olduğu halda, çiləməni axşam, gecə və səhər vaxtı həyata keçirmək zəruridir. Preparatın minimal norması birillik alaq otlarının məhv edilməsi üçün istifadə olunur. Alaqlanma dərəcəsi yüksək olduğu və alaqlar həddindən artıq uzandığı zaman doza artırılır.

  
İşçi məhlulun hazırlanma texnologiyası: Əvvəlcə, çiləyici çəninə 300- 400 l su doldurulur. Daha sonra, hidroqarışdırıcı işləyə- işləyə tələb olunan miqdarda preparat tökülür. Adyuvant işçi məhluluna son olaraq, çiləyici çənində 200 -300 l su əlavə edəcək qədər yer qaldıqda əlavə edilir. Əmələ gələn köpüyün azaldılması üçün, adyuvantı işçi məhluluna çöp vasitəsilə 0,8- 1 m tökmək məsləhətdir.

  
Çiləyicinin təmizlənməsi: Kletoşans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan (yuyucu tozdan) və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.

  
Preparatın effektivliyinə təsir göstərən amillər:

  • Havanın temperaturu. +16° С-dən +24° С-dək olan temperatur optimaldır. Preparatı daha aşağı temperatur şəraitində istifadə etmək olar, lakin temperatur +10°С-dən aşağı olmalı deyil. Bu zaman dozanı 10- 15% artırmaq məsləhətdir.
  • Havanın optimal nisbi rütubəti, preparat tətbiq edilərkən, 60- 80 % təşkil edir. Bu amilin göstəriciləri daha aşağı olduğu halda, norma 15- 20% artırılır.
  • Çiləmədən sonra 1 saat ərzində yağan yağıntılar preparatın effektivliyini aşağı salmır.
  • Çoxillik alaqların daha effektiv şəkildə məhv edilməsi məqsədilə, sıralararası çiləməni ən tezi çiləmədən 10- 14 gün sonra həyata keçirmək məsləhətdir.

  Fitotoksiklik: Kletoşans istifadə reqlamentinə uyğun olaraq istifadə edildiyi zaman becərilən bitkilərə toksik təsirin göstərilməsi müşahidə olunmur.

  
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.


Tətbiq qaydaları


Preparatın tətbiq norması, l/ha

      Bitki

  Zərərli obyekt

      Tətbiq qaydası vaxtı

  Gözləmə  müddəti / tətbiqin  sayı  

 

 

 

 

Bitkinin inkişaf fazasından

 

 

 

 

asılı olmayaraq alaq otlarının

 

0,2-0,4

 

Birillik taxıl

fəsiləsi alaqları

2-6 yarpaq fazasında 0,1 l/ha

Silvoşans SAM əlavə etməklə

 

 

Şəkər

 

əkinlərin çilənməsi. İşçi məhlul

 

 

çuğunduru,

 

sərfi 200-300 l/ha.

 

 

soya,

 

 

 

 

 

 

60 (1)

 

pambıq,

 

 

 

yazlıq

 

Bitkinin inkişaf fazasından

 

 

payızlıq raps

Çoxillik taxıl

asılı olmayaraq sürünən ayrıq

 

 

kartof, soğan

fəsiləsi alaqları,

otunun hündürlüyü 10-20 sm

 

0,7-1,0

 

o cümlədən

olan zaman 0,1 l/ha Silvoşans

 

 

 

sürünən

SAM əlavə etməklə əkinlərin

 

 

 

ayrıqotu

çilənməsi. İşçi məhlul sərfi

 

 

 

 

200-300 l/ha.

 

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X