Təsiredici maddə: 40 qr/ l Imazamoks
Dənli- paxlalı bitkilərdə və qarğıdalıda geniş spektrli, imidazolinlərə qarşı davamlı olan birillik dənli, birillik və çoxillik ikiləpəli alaq otlarına qarşı yüksək effektiv herbisid.
Preparatın üstünlükləri:
- Geniş spektrli birillik dənli və ikiləpəli alaq otlarını, o cümlədən, karantin alaqlarını məhv edir.
- Çoxillik alaqlara qarşı yaxşı qabaqlayıcı təsirə malikdir.
- Müdafiə olunan bitkilər üçün, digər preparatlarla müqayisədə, daha "yumşaqdır".
Sulu məhlul (SM)
3 il.
Kanistr, 10 l.
0 °С-dən +30 °С-dək
Məhv edilən obyektlər: Toyuq darısı, qıllıcalar, Hələb kalışı,
amarant, qırxbuğum növləri,
sarı südotu, çobanyastığı, yabanı xardal, quşəppəyi, ağımtıl tərə, dərman şahtərəsi,
adi cincilim, çəmənlik bənövşəsi,
Teofrast kəndirotu, yovşanyarpaq ambroziya, əkin güləvəri,
ilişkən qatıqotu, yulafca (yabanı vələmir),
pıtraq və s. Çəhrayı südotuna, ayrıqotuna, yovşan
növlərinə mülayim təsir göstərir.
Təsir mexanizmi: İmazoşans bitkilərin kökləri və yarpaqlarından yaxşı absorbsiya olunur,
ksilema və floema ilə
hərəkət edir və böyümə nöqtələrində toplanır. Amin turşularının miqdarını azaldır, zəruri zülalların əmələ gəlməsini
ləngidir və həssas
alaqların böyüməsini
dayandırır.
Təsir sürəti: Herbisidin təsirinin adi əlamətləri yarpaqların xlorozu, böyümə nöqtələrinin məhv olması, alaqların
inkişafının dayanmasıdır ki, bu da tətbiqdən 4- 5 gün sonra baş verir. Çiləmədən 2- 3 həftə sonra alaqlar tamamilə
məhv olur.
Tətbiq normaları və müddətləri: Preparat minimal sərfiyyat normalarında maksimal məhvedici
təsiri onların erkən inkişaf fazalarında və yaxşı
hazırlanmış torpaqlarda göstərir ki, burada bərabər
paylanan qoruyucu ekran əmələ gəlir. Herbisidin
soyada, noxudda və qoyunnoxudunda optimal tətbiq müddətləri
1-ci uclu yarpaqdan 3-cü üclü yarpağa
qədər olan mərhələdir. Preparatın
torpaq aktivliyi sayəsində yeni alaq otları dalğasının
yaranmasının qarşısını almaq üçün, torpaq əkindən öncə yaxşıca şumlanmalıdır ki, səthində iri kəltənlər olmasın. Cərgəarası çiləmə həyata keçirilməməlidir.
İşçi məhlulun hazırlanması: Verilən preparat norması 1/3 hissəsi su ilə doldurulmuş çiləyici çəninə tökülür, eyni zamanda çən tam dolana qədər işçi məhlulu qarışdırılır. Çiləmə zamanı çiləyicinin hidroqarışdırıcısı vasitəsilə qarışdırma davam etdirilməlidir. İşçi məhlulun sərfiyyatı - 200-300 l/ha.
Çiləyicinin təmizlənməsi: Herbisidlə iş başa çatdırıldıqdan sonra, çiləyicini və səpələmə avadanlığı
əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla
yaxşıca yuyulur.
Digər preparatlarla qarışdırılması: İnsektisidlərlə, fungisidlərlə və herbisidlərlə çən qarışıqlarında istifadə edilməsi mümkündür, lakin, hər
bir halda, əvvəlcədən fiziki- kimyəvi
uyğunluq yoxlanmalıdır.
Fitotoksiklik: İmazoşans, torpaq- iqlim şəraitindən, tətbiq dozalarından və müddətlərindən asılı olaraq, torpaqda bir neçə həftədən bir neçə ayadək qala bilər. Herbisid
tətbiq edildikdən sonra növbəti mövsümdə,
şəkər çuğunduru istisna
olmaqla, demək olar ki, bütün bitkiləri əkmək olar.
İmazoşans tətbiqi ilə onun əkilməsi arasındakı təhlükəsiz interval
16 ay təşkil edir.
Təhlükə sinfi: 3-cü təhlükə sinfinə aiddir.
Tətbiq qaydaları
|
|
|
|
Tətbiq qaydası və vaxtı |
|
|
0,75-1 |
Soya |
Birillik taxıl fəsiləsi və iki ləpəli alaqlar |
|
60 (1) |
|
(toxum üçün becərildik- də) |
|
|||
|
1-1,2 |
Günəbaxan (imidazoli- nonlara qarşı dayanıqlı sortlar və hibridlər) toxumluq və yağ üçün |
soya, noxud,
paxla, kalış, qarayonca, acıpaxla, raps
və günəbaxan (imida- zolinonlara
qarşı dayanıqlı); iki ildən sonra – yulaf, günəbaxan (ənənəvi
sortlarvə hibridlər); üç ildən sonra – ənənəvi raps sortlarıvə hibridləri da daxil olmaqla,
məhdudiyyətsiz ola- raq istənilən bitki, şəkər çuğunduru.
İşçi məhlul sərfi: 200-300 l/ha. |
|