Təsiredici
maddə: 200
qr/ l
Azoksistrobin +
80 qr/
l Siprokonazol
Dənli bitkilərin
və şəkər çuğunduru mühafizəsi üçün kombinə edilmiş sistem təsirli fungisid.
Preparatın üstünlükləri:
- Bitkilərə əlverişsiz ətraf mühit şəraitinə (havanın quraqlığı, abiotik stresslər, yüksək dərəcədə ultrabənövşəyi şüalar və s.) qarşı tab gətirməyə imkan verir.
- Xəstəliklərə effektiv şəkildə nəzarət edir, bitkiyə maksimal məhsuldarlıq formalaşdırmağa kömək edir.
- Hormonal balansın tənzimlənməsi, antioksidant müdafiənin aktivləşdirilməsi, su mübadiləsinin və azotun mənimsənilməsinin optimallaşdırılması sayəsində, bitkinin fizioloji proseslərinə əhəmiyyətli təsir göstərir.
- Dənli bitkilərdə antistress mexanizmlərini gücləndirir ki, bu da onların potensial məhsuldarlığını abiotik stress şəraitində belə təmin edir.
- Kökətrafı çürüntülərin, xüsusilə də ofiobolezin effektiv profilaktikası; bitkilərin sonrakı inkişaf dövrlərində sünbül üzərindəki qara örtüyə (alternarioz, helmintosporioz) nəzarət.
Suspenziya konsentratı (SK).
3 il
Kanistr, 10 l
-5°С-dən +25°С-dək
Məhv edilən obyektlər: Buğdada - unlu şeh, qonur və gövdə pası, yarpaqların və sünbülün
septoriozu, pirenoforozu, sünbül fuzariozu, sünbülün qara örtüyü;
arpada - unlu şeh, cırtdan
pas, torşəkilli və tünd qonur xallar, rinxosporioz; çovdarda - qonur və saplaq pası, rinxosporioz, septorioz, zeytun kifi.
Təsir mexanizmi: Preparatın aktiv maddələri olan azoksitrobinin və siprokonazloun əhəmiyyətli hissəsi
bitkinin assimilyasiya edən hissələri tərəfindən udulur və bitkinin
ksilemasında akropetal şəkildə yayılmağa başlayır.
Təsir sürəti: 1 saat ərzində, preparat bitkinin ksilemasında
akropetal şəkildə yayılır, həmin andan etibarən, preparatın
xəstəlik törədiciləri üzərindəki təsir özünü büruzə verməyə başlayır.
Qoruyucu təsir dövrü: 2-3 həftə.
Tətbiq normaları və müddətləri: Profilaktik məqsədlərlə, bitkilərin çiləməsi onlar çiçəkləmədən öncə, profilaktik çiləmə isə göbələk zədəsinin ilk görünən simptomları özünü büruzə verən kimi həyata keçirilir. Zərurət
yarandıqda, çiləməni 3 həftədən sonra təkrarlamaq lazımdır. Mövsüm ərzində çiləmə
2 dəfədən çox həyata keçirilməməlidir. Son çiləmədən məhsul yığımına qədər ən azı bir ay keçməlidir.
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlul çiləmədən dərhal əvvəl hazırlanır. Əvvəlcə, çiləyici çəninə təxminən 1/3 hissəsi qədər su tökülür, daha sonra, hidorqarışdırıcı işləyə-işləyə, zəruri miqdarda
preparat tökülür. 7- 10 dəqiqə
ərzində qarışdırılır. Daha sonra tam dolana qədər su doldurulur. Qarışdırma prosesi çiləmə zamanı
da fasiləsiz olaraq davam etdirilir.
Çiləyicinin təmizlənməsi: Strobişans Pro tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə
təmiz su ilə, daha
sonra isə 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış susuzlaşdırılmış soda məhlulu ilə yumaq
zəruridir.
Digər preparatlarla uyğunluğu: Preparatın digər pestisidlərlə qarışdırılması zərurəti yarandığı
zaman qarışdırılan preparatların uyğunluğunu yoxlamaq
tövsiyə olunur.
Fitotoksiklik: Preparatın firma tərəfindən hazırlanmış tövsiyələrə ciddi riayət etməklə
istifadəsi zamanı fitotoksikliyin əmələ gəlmə riski yaranmır.
İnsan üçün təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə aiddir.
Arılar üçün təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
0,5-1,0 |
Payızlıq buğda |
Qonur pas, gövdə pası, yarpaqların və sünbülün septoriozu, sünbül qaralması, külləmə, pirenoforoz |
Vegetasiya dövründə çilənmə: birinci – xəstəliyin ilkin əlamətləri meydana gəldiyi zaman, ikinci – zərurət olduqda, 21 günlük intervalla. İşçi məhlul sərfi – 300 l/ha. |
48 (2) |
|
0,75-1,0 |
Sünbül fuzariozu |
Vegetasiya dövründə çilənmə: sünbül bağlamanın sonu – çiçəkləmənin əvvəli. . İşçi məhlul sərfi – 300 l/ha. |
||
|
0,5-1,0 |
Payızlıq arpa |
Tor şəkilli ləkə, tünd-qonur ləkə, rinxosporioz, külləmə, pas, yarpaqların fuzarioz ləkəsi |
Vegetasiya dövründə çilənmə: birinci – xəstəliyin ilkin əlamətləri meydana gəldiyi zaman, ikinci – zərurət olduqda, 21 günlük intervalla. İşçi məhlul sərfi – 300 l/ha. |
|
|
0,5-1,0 |
Payızlıq çovdar |
Qonur, gövdə pası, rinxosporioz, sarı- yaşıl kif |
Vegetasiya dövründə çilənmə: birinci – xəstəliyin ilkin əlamətləri meydana gəldiyi zaman, ikinci – zərurət olduqda, 21 günlük intervalla. İşçi məhlul sərfi – 300 l/ha. |
|
|
0,5-1,0 |
Şəkər çuğunduru |
Serkosporioz, unlu şeh |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi - 300-400 l/ha |