МЕТАШАНС IT

МЕТАШАНС IT

Təsiredici maddə: 640 qr/ kq Mankozeb + 80 qr/ kq Metalaksil

Kartofun,
 üzümün bir çox xəstəlik törədicilərindən qorunması üçün əvəzedilməz fungisid.




Preparatın üstünlükləri:

  • Sürətli və uzunmüddətli (14 günədək) profilaktik  müalicəvi təsirə malikdir.
  • Yumruların saxlanması müddətini uzadır.
  • Yağan yağıntılara qarşı yüksək davamlılıq nümayiş etdirir.


  Islanan toz (İT).           3 il

  Kanistr, 10 kq              
-20 °С-dən +30 °С-dək



  Məhv edilən obyektlər: Metaşans kartofda, tomatlarda fitoftorozu, alternariozu; üzümdə mildyu, xiyarda peronosporozu məhv edir.

  
Təsir mexanizmi: Metalaksil tez bir zamanda yarpaqlardan  gövdədən bitkiyə nüfuz edir. Göbələklərdə nuklein turşularının biosintezini ləngidir ki, bu da bitkinin daxilində olan infeksiyanın məhv olmasına səbəb olur. Mankoseb bitkinin səthində patogenlər üçün toksik örtük yaradır. Mikroorqanizm hüceyrələrinin böyüməsinin çoxfunksiyalı inhibitoru kimi təsir göstərir.

  
Təsir sürəti: Preparat tətbiq edildikdən 40- 50 dəqiqə sonra patogenləri məhv etməyə başlayır.

  Təsir dövrü: Hava şəraitindən asılı olaraq, 10- 14 gün.

  Tətbiq normaları və müddətləri: Çiləmə havanın temperaturu ən çoxu +25°С olduqda həyata keçirilir. Preparatın və işçi məhlulunun sərfiyyat normaları, habelə, tətbiqetmə müddətləri Reqlamentdə qeyd olunub.

  İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlul bilavasitə olaraq tətbiq edilməzdən öncə hazırlanır. Əvvəlcə əsas məhlul hazırlanır. Bunun üçün, preparatın hesablanmış miqdarı, eyni zamanda qarışdırılaraq, 1- 2 dəqiqə ərzində 20- 25 l suda həll edilir. Daha sonra, hidroqarışdırıcı işləyə-işləyə, məhlul, əvvəlcədən 1/3 hissəsi su ilə doldurulmuş çiləyiciyə tökülür. Bundan sonra, fasiləsiz şəkildə qarışdırmaqla, tam dolana qədər çənə əlavə olaraq 

su tökülür.

  Ç
iləyicinin təmizlənməsi: Metaşans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.

  Digər preparatlarla uyğunluğu: Preparat bir çox pestisidlərə uyğundur. Lakin, işçi məhlulu hazırlanmazdan öncə, komponentlərin uyğunluğunu yoxlamaq zəruridir.

  Növbəli əkin üzrə məhdudiyyət: Emaldan sonra gələn növbəti il istənilən bitkini əkmək olar.

  Fitotoksiklik: Hazırlanmış tətbiqetmə reqlamentinə ciddi riayət etməklə tətbiq edilmiş Metaşans müdafiə olunan bitkilərə fitotoksik təsir göstərmir. Gözləmə müddəti - 15 gün.

  
Təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə aiddir.





Tətbiq qaydaları

Preparatın tətbiq   norması, kq/ha

    Bitki

  Zərərli obyekt

        Tətbiq qaydası  vaxtı

  Gözləmə müddəti / tətbiqin sayı  

 

 

2,0-2,5

 

 

Kartof

 

Fitoftor oz, alternarioz

Vegetasiya dövründə çiləmə: birinci – profilaktik, sonrakılar – 10- 14 gün interval ilə. İşçi məhlul sərfi: 300-500l/ha

 

 

20 (3)

 

 

 

 

 

 

 

 

 

2,5

Açıq sahə pomidor

 

Fitoftoroz, alternarioz

Bitkilərin vegetasiya dövründə çilənməsi: birinci – profilaktik, sonrakılar – 10-14 gün intervalla.

İşçi məhlul sərfi: 300-500 l/ha

 

 

10 (3)

Açıq sahə xiyar

 

 

Peronosporoz

Bitkilərin vegetasiya dövründə çilənməsi: birinci – profilaktik, sonrakılar – 10-14 gün interval ilə.

İşçi məhlul sərfi: 400-600 l/ha

 

 

10 (3)

 

 

Üzüm

 

 

Mildu

Bitkilərin vegetasiya dövründə çilənməsi: birinci – profilaktik, sonrakılar – 10-14 gün interval ilə.

İşçi məhlul sərfi: 800-1000l/ha

 

 

 

 

20 (3)

 

 

Soğan

 

 

Peronosporoz

Bitkilərin vegetasiya dövründə çilənməsi: birinci – profilaktik, sonrakılar – 10-14 gün interval ilə.

İşçi məhlul sərfi: 600-800l/ha

Все права защищены. © 2025

Этот сайт был создан Хаганом Магеррамовым.

X