Təsiredici
maddəsi: 800
qr/kq Kükürd
Üzümün, meyvə və tərəvəz bitkilərinin mühafizəsi üçün kontakt təsirli fungisid-akarisid.
Preparatın üstünlükləri:
- Fungisid + akarisid bir məhsulda.
- Yüksək bioloji effektivlik, etibarlı mühafizə.
- Yüksək qaz mərhələsi aktivliyinə malik olan qeyri- üzvi kontakt fungisid-akarisid.
- Arılar və faydalı həşəratlar üçün az təhlükəlidir.
- Keyfiyyətli işçi məhlulunun rahat və tez hazırlanması.
- Tətbiqi üçün xərclərin az olması.
- Zərərli obyektlərin davamlılığının olmaması məhsuldan antirezistent proqramlarda istifadə etməyə imkan verir.
Suda dispersiya olan
qranul (SDQ).
3 il
Kanistr, 10 kq
-30°С-dən +30°С-dək
Məhv edilən obyektlər: Oidium, unlu şeh, dəmgil, pas, toz gənəcikləri.
Təsir mexanizmi: Hüceyrələrin bir sıra həyat fəaliyyəti proseslərinin pozulması göbələk
sporlarının böyümə qabiliyyətini yox edir.
Təsir sürəti: Tətbiq edildikdən bir neçə
saat sonra.
Təsir dövrü: Yoluxma
dərəcəsindən və hava şəraitindən asılı olaraq, 7-10 gün.
Tətbiq normaları və müddətləri:
- Yağ əsaslı preparatların tətbiqindən sonra 14 gün ərzində Vitaşans, SDQ tətbiq etməyin.
- Vitaşans, SDQ ilə emaldan sonra 14 gün ərzində yağ əsaslı preparatlar tətbiq etməyin.
- Vitaşans SDQ istifadə edilərkən, çən qarışıqlarında əvvəlcədən kiçik qabda uyğunluq sınağı keçirin.
Digər preparatlarla uyğunluğu: Yağ əsaslı preparatlar və qələvi
reaksiyası olan preparatlar istisna
olmaqla, kənd təsərrüfatı təcrübəsində
istifadə olunan bir çox preparatlara uyğundur.
Fitotoksiklik: +35 °С-dən yüksək temperaturda Vitaşans, SDQ yarpaqların yanmasına və hətta onların tökülməsinə səbəb olur. Bitki
quraqlıqdan əziyyət çəkdiyi zaman kükürddən istifadə etmək olmaz.
Tətbiq qaydaları
|
Preparatın sərfiyyat norması, kq/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
6-8 |
Üzüm |
Oidium |
Vegetasiya dövründə çiləmə: birinci – çiçəkləmədən sonra, sonrakılar ikinci çiləmədən başlayaraq konsentrasiyanı 1/3 qədər azaltmaqla 10-14 gün intervalla. İşçi məhlul sərfi – 800- 1000 l/ha. |
1 (3) |
|
6,0 |
Alma, armud, heyva |
Dəmgil, unlu şeh |
Vegetasiya dövründə çiləmə: birinci – çiçəkləmədən sonra, sonrakılar ikinci çiləmədən başlayaraq konsentrasiyanı 1/3 qədər azaltmaqla 10-14 gün intervalla. İşçi məhlul sərfi – 800-1000 l/ha. |
1 (3) |