Təsiredici maddə: 640 qr/ kq Mankozeb + 80 qr/ kq Metalaksil
Kartofun,
üzümün bir
çox xəstəlik
törədicilərindən qorunması
üçün əvəzedilməz fungisid.
Preparatın üstünlükləri:
- Sürətli və uzunmüddətli (14 günədək) profilaktik və müalicəvi təsirə malikdir.
- Yumruların saxlanması müddətini uzadır.
- Yağan yağıntılara qarşı yüksək davamlılıq nümayiş etdirir.
Islanan toz (İT).
3 il
Kanistr, 10 kq
-20 °С-dən
+30 °С-dək
Məhv edilən obyektlər: Metaşans kartofda, tomatlarda fitoftorozu, alternariozu;
üzümdə mildyu, xiyarda peronosporozu məhv edir.
Təsir mexanizmi: Metalaksil tez bir zamanda yarpaqlardan və gövdədən bitkiyə nüfuz edir. Göbələklərdə nuklein
turşularının biosintezini ləngidir ki, bu da bitkinin
daxilində olan infeksiyanın məhv
olmasına səbəb olur. Mankoseb
bitkinin səthində
patogenlər üçün toksik örtük yaradır. Mikroorqanizm hüceyrələrinin böyüməsinin çoxfunksiyalı inhibitoru
kimi təsir göstərir.
Təsir sürəti: Preparat tətbiq edildikdən 40- 50 dəqiqə sonra patogenləri məhv etməyə başlayır.
Təsir dövrü:
Hava şəraitindən asılı olaraq, 10- 14 gün.
Tətbiq normaları və müddətləri: Çiləmə havanın temperaturu ən çoxu +25°С olduqda
həyata keçirilir. Preparatın və işçi məhlulunun
sərfiyyat normaları, habelə,
tətbiqetmə müddətləri Reqlamentdə qeyd olunub.
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlul bilavasitə olaraq tətbiq edilməzdən öncə hazırlanır. Əvvəlcə əsas məhlul
hazırlanır. Bunun üçün, preparatın hesablanmış miqdarı, eyni zamanda qarışdırılaraq, 1- 2 dəqiqə ərzində 20- 25 l suda həll edilir. Daha sonra, hidroqarışdırıcı işləyə-işləyə, məhlul, əvvəlcədən
1/3 hissəsi su ilə doldurulmuş
çiləyiciyə tökülür.
Bundan sonra, fasiləsiz şəkildə
qarışdırmaqla, tam dolana qədər çənə əlavə olaraq su tökülür.
Çiləyicinin təmizlənməsi: Metaşans tətbiq edildikdən sonra,
çiləyicini əvvəlcə təmiz
su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
Digər preparatlarla uyğunluğu: Preparat bir çox pestisidlərə uyğundur.
Lakin, işçi məhlulu hazırlanmazdan öncə, komponentlərin uyğunluğunu yoxlamaq zəruridir.
Növbəli əkin üzrə məhdudiyyət: Emaldan sonra gələn növbəti il istənilən bitkini
əkmək olar.
Fitotoksiklik: Hazırlanmış tətbiqetmə reqlamentinə ciddi riayət etməklə tətbiq edilmiş Metaşans müdafiə olunan bitkilərə fitotoksik təsir göstərmir. Gözləmə
müddəti - 15 gün.
Təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə aiddir.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, kq/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
2,0-2,5 |
Kartof |
Fitoftor oz, alternarioz |
Vegetasiya dövründə çiləmə: birinci – profilaktik, sonrakılar – 10- 14 gün interval ilə. İşçi məhlul sərfi: 300-500l/ha |
20 (3) |
|
2,5 |
Açıq sahə pomidor |
Fitoftoroz, alternarioz |
Bitkilərin vegetasiya dövründə çilənməsi: birinci – profilaktik, sonrakılar – 10-14 gün intervalla. İşçi məhlul sərfi: 300-500 l/ha |
10 (3) |
|
Açıq sahə xiyar |
Peronosporoz |
Bitkilərin vegetasiya dövründə çilənməsi: birinci – profilaktik, sonrakılar – 10-14 gün interval ilə. İşçi məhlul sərfi: 400-600 l/ha |
10 (3) |
|
|
Üzüm |
Mildu |
Bitkilərin vegetasiya dövründə çilənməsi: birinci – profilaktik, sonrakılar – 10-14 gün interval ilə. İşçi məhlul sərfi: 800-1000l/ha |
20 (3) |
|
|
Soğan |
Peronosporoz |
Bitkilərin vegetasiya dövründə çilənməsi: birinci – profilaktik, sonrakılar – 10-14 gün interval ilə. İşçi məhlul sərfi: 600-800l/ha |