QLİFOŞANS SUPER SM

QLİFOŞANS SUPER SM

Təsiredici maddə: 540 q/ l Qlifosat turşusu
Geniş spektrli alaqlara, habelə, ağac-kol bitkilərinə qarşı mübarizə üçün kütləvi təsirə malik sistemik herbisid.

Preparatın
 üstünlükləri: 

  • Orijinal reseptli yüksək keyfiyyətli preparativ forma tətbiqdən əldə olunacaq nəticəyə dair zəmanəti və saxlama zamanı yüksək sabitliyi təmin edir. 
  • Kalium duzu şəklində qlifosat aktiv maddənin tez bir zamanda sorulmasını və bütün alaq bitkisində, o cümlədən kök sistemində yayılmasını təmin edir.
  • Təsiredici maddənin yüksək miqdarda olması preparatı az sərfiyyat normaları ilə tətbiq etməyə, habelə, nəqletməyə, saxlamaya çəkilən xərcləri azaltmağa imkan verir.
  • Tərkibində yüksək texnoloji səthi- aktiv maddə var ki, bu da tez və sabit herbisid təsirinə təminat verir.
  • Davamlı şaxtalar düşənə qədər, havanın istənilən müsbət temperaturu şəraitində tətbiq olunur.
  • Bitkilərdə və torpaqda tez parçalanır, buna görə növbəli əkində bitkilərin növbələşdirilməsi üzrə məhdudiyyətlərə səbəb olmur.

  Sulu məhlul (SM).                      3 il.

  Kanistr, 10 l.                             
–5°C-dən +30°C-dək

  
Məhv edilən obyektlər: Birillik və çoxillik dənli və ikiləpəli alaq otları, habelə, ağac- kol bitkiləri.
  
Təsir mexanizmi: Sistemli təsirə malikdir, alaq bitkilərinə yarpaqlardan və digər yaşıl hissələrdən nüfuz edir, bütün bitkidə, o cümlədən kök sistemində yayılır. Herbisid ətirli amin turşuları sintezini blok edir ki, bu da bütün bitkinin məhv olmasına gətirib çıxarır (fizioloji yetişkinliyə çatmış toxumlara təsir göstərmir).
  
Təsir sürəti zədələmə əlamətləri: Alaq otlarının məhv olması, onların növündən, böyümə və inkişaf aktivliyindən, habelə, çiləmə dövründə və daha sonra müşahidə olunan hava şəraitindən asılı olaraq, herbisid tətbiq olunduqdan 5- 30 sutka sonra qeydə alınır.
  
Tətbiq normaları və müddətləri: Herbisid aktiv şəkildə vegetasiya edən, yarpaq səthi inkişaf etmiş arzuolunmaz bitkilərə tətbiq olunur. Birillik dənli alaq otları boruya çıxış başlamazdan öncəki dövrdə, çoxillik olanları (sürünən ayrıqotu) - hündürlüyü 15- 20 sm-ə çatdığı zaman daha yaxşı məhv edilir. Birillik ikiləpəlilər: 1- 2 yarpaq əmələ gəldiyi zaman və çiçəklənməzdən öncə. Çoxillik ikiləpəlilər - rozet fazasından çiçəklənənə qədər, çöl sarmaşığı - zoğun uzunluğu ən azı 15- 20 sm olduğu zaman. Birillik olanlar 1,4- 2,5 l/ ha tətbiq edildikdə məhv olur. Çoxillik olanlar - 2,5- 4,0 l/ ha.Çöl sarmaşığı, barmaqvari çayır, sürünən kəkrə, yabanı qatırquyruğu - 4,0- 5,0 l/ ha.
  
İşçi məhlulun hazırlanma texnologiyası: İşçi məhlulunu bilavasitə olaraq tətbiqdən öncə hazırlamaq və hazırlandığı gün istifadə etmək zəruridir. Çiləyici çəninin 1/3 hissəsi su ilə doldurulur, hidroqarışdırıcı işləyə-işləyə, tələb olunan miqdarda preparat tökülür və qalan hissə qədər əlavə su doldurulur.
  
Çiləyicinin təmizlənməsi: Qlifoşans Super tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan (yuyucu tozdan) və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
  
Tətbiq texnologiyası: Payız mövsümündə: Qlifoşans Super, torpağın növbəli əkində növbəti bitki üçün hazırlanması zamanı, çoxillik alaq otlarının məhv edilməsi üçün istifadə olunur. O, çoxillik alaq otları uzandıqda, tövsiyə olunan normalarda tətbiq edilir. Preparatın yataq torpaqlarına çilənməsi: Yataq torpaqlarının növbəli əkinə daxil edilməsi üçün, bitkiləri diskatorla 1- 2 sıra xırdalamaq, daha sonra isə, çoxillik alaq otları kütləvi şəkildə uzandıqda, tövsiyə olunan normalarda Qlifoşans Super-i tətbiq etmək zəruridir. Preparatın heriklərə çilənməsi: Herik sahəsi torpağın birillik alaq toxumlarından, xüsusilə də, çoxillik alaq bitkilərinin kökümsovlarından və köklərindən təmizlənməsi üçün ən yaxşı yerdir. Bunun üçün, yazda, alaq otları kütləvi şəkildə böyüdüyü zaman, mexaniki çiləmələrdən sonra Qlifoşans Super tətbiq olunur. Çöl sarmaşığından bir ilə, yalnız qara herikdə və ya torpağın payızda hazırlanması zamanı, herbisid istifadə edərək, qurtulmaq olar.
  
Preparatın effektivliyinə təsir göstərən amillər:

  • Preparat bitkilərin aktiv böyüməsi zamanı, kifayət qədər nəm və havanın temperaturu +16° С olan şəraitdə daha yüksək effektivlik göstərir.
  • Quraqlıq şəraitində temperatur +25°С-dən yüksək olduqda, preparatı istifadə etməmək məsləhətdir.
  • Çiləmə ilə mümkün yağıntı yağması arasındakı interval ən azı 3- 4 saat olmalıdır.
  • Çoxillik alaqlanma zamanı mexaniki çiləmələri çiləmədən ən tezi 15- 20 gün sonra həyata keçirmək məsləhətdir ki, bu müddət ərzində preparat bitkinin yerüstü hissəsindən yeraltı hissəsinə keçsin.

  Digər preparatlarla qarışdırılması: Preparat müstəqil şəkildə tətbiq edildikdə yüksək effektivlik göstərir, lakin onun fenoksiturşular qrupundan olan digər herbisidlərlə, habelə, ammonium nitratla və Silvoşans 0,1 l /ha ilə qarışdırılması da mümkündür.
  
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir (mülayim təhlükəli maddə.

Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/ha

                 Bitki

   Zərərli obyekt

  Tətbiq  qaydası   vaxtı  

  Gözləmə müddəti / tətbiqin  sayı  

 

 

1,4-2,8 l/ha

 

 

Heriklər

 

Birillik çoxillik taxıl fəsiləsi ikiləpəli alaqlar

Vegetasiya edən alaqların aktiv böyümə dövründə çilənməsi.

İşçi məhlul sərfi: 100-200 l/ha

 

 

- (1)

 

 

 

 

 

 

1,4-2,8 l/ha

Qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar (elektrik enerjisinin məsafəyə verilməsi xəttlərinin qaz

neft kəmərləri cığırlarının, yollarının mühafizə zonaları, dəmir yolları şose yollarının, aerodromların ixtiyarında olan sahələr torpaq təpələri)

 

 

 

 

Birillik həssas çoxillik arzuolunmaz taxıl fəsiləsi və ikiləpəli alaqlar

 

 

 

 

 

 

 

 

 

Arzuolunmaz alaqların çilənməsi. Ərazilərdə çiləmə aparılan mövsümündə göbələk giləmeyvə yığımı qadağandır. İşçi məhlul sərfi: 100-200 l/ha

 

 

 

 

 

 

- (1)

 

 

 

 

2-3 l/ha

 

3-5 l/ha

Qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar (elektrik enerjisinin məsafəyə verilməsi xəttlərinin qaz

neft kəmərləri cığırlarının, yollarının mühafizə zonaları, dəmir yolları şose yollarının, aerodromların ixtiyarında olan sahələr torpaq təpələri)

 

Bütün növ arzuolunmaz otların (nisbətən sabit qarğı, qamış istisna olmaqla), yarpaqlı ağac-kol cinsləri (ağcaqovaq, tozağacı, qızılağac)

 

 

 

 

 

 

- (1)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X