TANOŞANS SDQ

TANOŞANS SDQ

Təsiredici maddə: 250 qr/ kq Famoksadon + 250 qr/ kq Simoksnil

Profilaktik,
müalicəvi sporların əmələ gəlməsinə qarşı təsirə malik ikikomponentli fungisid. Kartofun, tərəvəzin, günəbaxanın, üzümün, soğanın mühafizəsi üçün tətbiq olunur.




Preparatın üstünlükləri:

  • Müxtəlif növ fitoftoroza, alternarioza, ağ və boz çürüntülərə, unlu şehə, fomoza, fomopsisə qarşı yüksək effektivlik nümayiş etdirir.
  • Tez bir zamanda bitkilərin toxumalarına nüfuz edir.
  • Mövsüm ərzində, rezistentlikdən qorxmadan, bir neçə dəfə tətbiq etmək olar.
  • Preparat istifadə zamanı çiləyici çənində çöküntü vermir, toz vermir, uçucu deyil, donmur və kristallaşmır.



  Suda- dispersiya olan qranula (SDQ.      3 il

  Zərvərəqli paket, 0,6 kq.                           
-30 °С-dən +30 °С-dək



  Məhv edilən obyektlər:

Kartofda və pomidorda: yarpaqların və gövdənin fitoftorozu, alternariozu.

Günəbaxanda: ağ və boz çürüntü, fomopsis, alternarioz, fomoz.
Soğanda: yalançı unlu şeh.

  
Təsir mexanizmi: Tanoşans xəstəlik törədicilərinə kompleks təsir göstərən ikikomponentli preparatdır. Komponentlər bir-birini qarşılıqlı

şəkildə gücləndirir. Famoksadon ən güclü göbələk fermentləri inhibitorlarından biridir. Kontakt aktivliyinə malikdir, zoosporları bir neçə saniyə ərzində məhv edir. Tez bir zamanda yarpağın mum təbəqəsinə nüfuz edir ki, burada da uzun müddət ərzində qorunub saxlanır. Yağış yağdıqda və ya sulama zamanı preparatın yarpağın səthində reaktivasiyası sayəsində, yüksək qalıq təsirinə malikdir. Simoksanil müalicəvi xüsusiyyətlərə malik olan lokal sistemli fungisiddir. Miselinin böyüməsini və sporların əmələ gəlməsini boğur. Tez bir zamanda bitkinin toxumasına nüfuz edir və miselinin daxilində təkrar paylanır (lokal- sistemli təkrar paylanma).

  
Təsir sürəti: Zoosporlar çiləmədən dərhal sonra (demək olar ki, anında) baş verir.

  
Tətbiq normaları müddətləri: Tanoşans vegetasiya dövründə olan bitkilərin, preparatın sərfiyyat norması 0,4-0,6 l/ ha, işçi məhlulun sərfiyyat norması isə 400 l/ ha olmaqla çilənmə üçün tətbiq olunur. Çiləməmyə xəstəliklərin əlamətləri özünü büruzə verməzdən öncə kartof sıraları qapanmazdan öncə başlamaq arzuolunandır. Kartofda 8- 12 gün intervalla, lakin ard- arda 2 çiləmədən çox olmamaq şərtilə, 4 profilaktik çiləmə tətbiqi tövsiyə olunur; tomatlarda və günəbaxanda - 2çiləmə - 4-6 real yarpaq fazasında və qönçələmə dövründə.

  
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlul bilavasitə olaraq tətbiq edilməzdən öncə hazırlanır. Əvvəlcə əsas məhlul hazırlanır. Bunun üçün, preparatın hesablanmış miqdarı, eyni zamanda qarışdırılaraq, 1- 2 dəqiqə ərzində 20- 25 l suda həll edilir. Daha sonra, həmin məhlul, əvvəlcədən 1/3 hissəsi su ilə doldurulmuş çiləyiciyə tökülür. Bundan sonra, fasiləsiz şəkildə qarışdırmaqla, tam dolana qədər çiləyici çəninə əlavə olaraq su tökülür.

  
Çiləyicinin təmizlənməsi: Tanoşans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yuyulur.

  
Preparatın effektivliyinə təsir göstərən amillər: Çiləmədən 3 saat sonra yağan yağıntılar preparat təsirinin effektivliyini zəiflətmir.

  
Digər preparatlarla uyğunluğu: Preparat bir çox fungisid və insektisidlərə uyğundur. Lakin, hər bir konkret halda, əvvəlcədən fiziki- kimyəvi uyğunluğun yoxlanmasını həyata keçirmək zəruridir.

  
Fitotoksiklik: Tövsiyə olunan normalarda preparat bitkilər üçün fitotoksiki deyil.

  
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir (mülayim təhlükəli birləşmə).




Tətbiq qaydaları

Preparatın tətbiq norması, kq/ha

    Bitki

 Zərərli obyekt

             Tətbiq qaydası və vaxtı

 Gözləmə müddəti / tətbiqin sayı  

 

 

0,6

 

 

Kartof

 

 

Fitoftoroz, alternarioz

Vegetasiya dövründə aşağıdakı fazalarda çilənmə: kolların əmələ gəlməsinin başlanğıcı, ikinci – qönçələmə, üçüncü

çiçəklənmənin sonunda, dördüncü – giləmeyvə və kök yumrularının böyüməsi.

İşçi məhlul sərfi 400 l/ha.

 

 

15 (4)

 

0,4

 

Üzüm

 

mildiu

Vegetasiya dövründə çilənmə: birinci profilaktik (çiçəklənməyə qədər), sonrakılar

8-12 günlük intervalla. İşçi məhlul sərfi

1000 l/ha.

 

30 (3)

 

0,6

 

 

 

Günəbaxan

 

çürümə, boz çürümə, yalançı unlu şeh, fomopsis, fomoz

Vegetasiya dövründə aşağıdakı fazalarda çilənmə: 4-6 əsl yarpaq (profilaktik), qönçələmə. İşçi məhlul sərfi 400 l/ha.

 

50 (2)

 

0,4

Vegetasiya dövründə aşağıdakı fazalarda çilənmə: 4-6 əsl yarpaq (profilaktik, qönçələmə və çiçəklənmənin başlanğıcı).

İşçi məhlul sərfi 400 l/ha.

 

50 (3)

 

0,5-0,6

 

Açıq sahə pomidoru

 

Fitoftoroz, alternarioz

Vegetasiya dövründə çilənmə: birinci profilaktik (çiçəklənməyə qədər), sonrakılar

8-12 günlük intervalla. İşçi məhlul sərfi

400 l/ha.

 

14 (4)

Fərdi təsərrüfatlar üçün tətbiq reqlamenti

4 qr/10 lt su

Üzüm

Mildiu

 

Vegetasiya müddətində çiləmə. İşçi məhlul sərfi -

10 lt/100 m2

30 (3)

 

6 qr/10 lt su

Açıq sahə pomidoru

 

Fitoftora, alternarioz

14 (4)

Kartof

15 (4)

 

12 qr/10 lt su

 

Soğan

 

Peronosporoz

Vegetasiya müddətində çiləmə: birinci- profilaktiki, sonrakılar 8-12 gün intervalla.

İşçi məhlul sərfi - 5 lt/100 m2

 

21 (3)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X