AQROŞANS SHK

AQROŞANS SHK

Təsiredici maddə: 500 qr/ l MCPA turşusu (Dimetilamin, Kalium  Natrium duzlarının qarışığı)

Selektiv sistemik herbisid.

Preparatın
üstünlükləri:

  • Birillik ikiləpəli alaq otlarının geniş spektrini effektiv şəkildə zədələyir.
  • Universallığa istifadə sadəliyinə malikdir.
  • Yonca əkin altı ilə dənli bitkilərdə alaq otları ilə mübarizədə əvəzolunmazdır.

  Suda həll olunan konsentrat (SHK)       3 il.

  Kanistr, 10 l.                                           0 °С-dən +30 °С-dək

  Məhv edilən obyektlər: Aqroşans uğurla sikuta durnaotunu, yovşanyarpaq ambroziyanı, əkin güləvərini, şüvərən növlərini, yabanı xardalı, süpürgə otunu, şəbbugülü sarılıqotunu, qamışkimilərini, xaçgülünü, tərə, işırqan, baqəvəri növlərini, quşəppəyini, bataqlıq qurucasını, qatlanan qaratərəni, birillik poruğu, al dalamazı, çöl

yarğanotunu və s. məhv edir. Südotuna, şehçiçəyinə, şahtərəyə, qırxbuğumlara, çobanyastığına, qatırquyruğuna təsir göstərir.

  

Təsir mexanizmi: Aqroşans sistemli herbisiddir, yarpaqlar onu sorur və o, alaq otunun yerüstü orqanlarına və kök sisteminə təsir göstərir. Preparat böyümə maddələrinin və fermentlərinin sintezini boğur, fotosintez və tənəffüs proseslərini məhv edir.

  
Təsir sürəti: Çiləmə anından etibarən 3- 7 gündən sonra alaqların nəzərə çarpan şəkildə məhv edilməsinə səbəb olur, onların tamamilə məhv olması 2- 3 həftədən sonra baş verir. Minimal herbisid effekti +15° С-dən başlayan temperatur şəraitində azillik ikiləpəlilərin erkən inkişaf fazalarında və çoxillik kök alaq otlarının rozet fazasında, çiləmə zamanı əldə olunur. Quraqlıq hava şəraitində, effektivlik azalır, çünki preparatın bitkiyə nüfuz etməsi pisləşir.

  
Təsir müddəti: Aqroşans çiləmədən etibarən yeni alaq otları dalğası yaranana qədər olan müddət ərzində əkinlərin müdafiəsini təmin edir.

  
Tətbiq normaları və müddətləri: Aqroşans hormonal təsir növlüdür. Alaq otlarının erkən inkişafı fazalarında (2- 5 yarpaq), onlar aktiv şəkildə böyüdüyü zaman daha effektiv olur. Çiləməni növbəti 6 saat ərzində yağıntı yağma təhlükəsi olduğu zaman, habelə, +20° С-dən yüksək temperatur şəraitində həyata keçirmək məsləhət deyil.

  
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlulu bilavasitə çiləmədən əvvəl hazırlanır. Əvvəlcə, çiləyici çəninə təxminən 1/3 hissəsi qədər su tökülür, daha sonra, qarışdırıcı işləyə-işləyə, zəruri miqdarda preparat tökülür. Həmcins kütlə alınana qədər qarışdırılır, tam dolana qədər su ilə doldurulur. Boş tara iki dəfə su ilə yaxalanır, içindəkilər çiləyici çəninə tökülür.

  
Çiləyicinin təmizlənməsi: Aqroşans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış susuzlaşdırılmış soda məhlulu (yuyucu toz) ilə yumaq zəruridir.

  
Digər preparatlarla qarışdırılması: Preparat başqa mikrogübrələrlə və neytral reaksiyaya malik fungisidlərlə qarışdırıla bilər. Üzvi həlledicilər əsasında hazırlanmış preparatlarla qarışdırıla bilməz.

  
Fitotoksiklik: Aqroşans maksimal sərfiyyat dozalarında kətanda, noxudda kartofda vegetasiya olunan bitkilərin üzərində tətbiq edildikdə, tətbiqdən sonrakı ilk günlərdə herbisidin təsirinin mənfi əlamətlərinin əmələ gəlməsi mümkündür. Kətanda bu özünü bitkilərin hündürlüyünün azalması və kətan samanı keyfiyyətinin pisləşməsi ilə büruzə verə bilər.

  
Təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə (çox təhlükəli birləşmə) aiddir. Torpaqda davamlılığına görə 3-cü sinif.


Tətbiq
qaydaları

Preparatın tətbiq norması, l/ha

          Bitki

Zərərli obyekt  

 Tətbiq qaydası və vaxtı 

 Gözləmə müddəti 

/ tətbiqin sayı



1,0-1,5

Payızlıq buğda, arpa, çovdar

 

 

 

Birillik ikiləpəli alaq otları

Yazda bitkinin kollanma fazasından boruya çıxma mərhələsinə qədər əkinlərin çilənməsi. İşçi məhlul sərfi– 200-300 l/ha.

 


       57
(1)

 

0,5-0,8

 

Toxumluq noxud

Bitkinin 3-5 həqiqi yarpaq fazasında (noxud bitkisinin hündürlüyü 10-15 sm olan zaman) əkinlərin çilənməsi. Çiçəkləmə zamanı tətbiqi qadağandır. İşçi məhlul sərfi – 200-300 l/ha.

 

       50
(1)

 

1,2

 

 Kartof (orta yetişən və gec yetişən sortlar) 

Bitkinin cücərməsinə qədər və ya bitkinin hündürlüyü 10-15 olan zaman torpağın çilənməsi. İşçi məhlul sərfi – 200-300 l/ha.

 


      60
(1)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X