DVD ŞANS, SK

DVD ŞANS, SK

Təsiredici maddə: 30 g/L Difenoconazole + 6,3 g/L Cyproconazole
Dənli bitkilərin dərmanlanması üçün iki komponentli toxum dərmanı.

Preparatın
üstünlükləri

  • Sürmə xəstəliklərinə, kök çürüməsinə, toxumların kiflənməsinə, qonur pasa, septorioza yüksək effektiv təsir spektrini genişləndirmək.
  • Bitkilər boruya çıxmazdan öncə qoruyucu təsir dövrünü uzatmaq.
  • Uzun müddət ərzində həm daxili, həm də xarici göbələk infeksiyasını məhv etmək.
  •  Kök sisteminin böyüməsini təkmilləşdirmək.

 Suspenziya konsentratı (SK)       3 il

 Kanistr, 10 l                                  –5°С-dən +30°С-dək 

  Məhv edilən obyektlər: Preparat sürmə xəstəliklərini, fuzarioz və helmintosporioz, kök çürüməsini, boz pası, septorioz və torşəkilli xalları, unlu şehi, toxumların kiflənməsini effektiv şəkildə məhv edir.
  Təsir mexanizmi: Preparatda iki, aktiv təsirə malik olan təsiredici maddənin olması daxili xarici göbələk infeksiyasını effektiv şəkildə məhv etməyə imkan verir. Difenokonazol suda daha zəif həll olunur və toxumlar, bitkilər onu daha zəif sorur. O, əsasən, gövdənin əsasına yaxın yerdə toplanır və uzun müddət ərzində kök sistemi ilə gövdəyə zərərli patogenlərin daxil olmasından qoruyur. Difenokonazol və siprokonazol göbələklərdə sterinlərin əmələ gəlməsini mane olur, bununla da hüceyrə membranlarının seçilmə qabiliyyətini pozur. Siprokonazol suda difenokonazoldan daha yaxşı həll olunur ki, bu da ona cavan bitkinin, o cümlədən yarpaq səthindən tez bir zamanda nüfuz etməyə və bir çox xəstəliklərdən qorumağa imkan verir.

  Təsir sürəti: Preparatın təsiredici maddəsi tez bir zamanda bitkilərə nüfuz edir. Çiləmədən 3- 4 saat sonra, patogenlərin inkişafını effektiv şəkildə mane olmaya başlayır.

  Təsir dövrü: Preparat bitkiləri cücərmə anından etibarən boruya çıxış başlayana qədər effektiv şəkildə qoruyur. Onun nəzərə çarpacaq qoruyucu təsiri ta sünbüllənməyə qədər özünü göstərir.

  Tətbiq normaları və müddətləri: Preparat əvvəlcədən və ya səpindən öncə tətbiq olunur. Preparatın tətbiq normaları "Tətbiq reqlamenti" bölməsində göstərilib. İşçi məhlulun sərfiyyatı 10 l/t təşkil edir.

  İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlulu bilavasitə olaraq toxum dərmanlanmazdan öncə hazırlanır. Bunun üçün, dərmanlama maşınının çəninə su tökülür (təxminən qabın yarısı miqdarında). Daha sonra, hesablanmış preparat miqdarı əlavə olunur və mexaniki qarışdırıcı ilə yaxşıca qarışdırılır. Bundan sonra tam dolana qədər su doldurulur. İşçi məhlulu hazırlanarkən toxumlar dərmanlandığı zaman belə qarışdırma dayandırılmır. Bu edilməsə, preparatın kiçik hissəcikləri çənin dibinə çökə bilər ki, bu da dərmanlanmanın bərabərsizliyinə və zərərli obyektlərin məhv edilməsi effektivliyinin azalmasına səbəb olacaq. Hazırlanmış işçi məhlulu, hazırlandıqdan sonra 24 saat ərzində istifadə olunmalıdır.

  Dərmanlama maşınının təmizlənməsi: Dərmanlamadan sonra, dərmanlama maşınının çənini bütün gətirici kommunikasiyanı (səpələyiciləri, şlanqları) əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan (yuyucu tozdan) və sudan ibarət, 100 l suya 250-300 qr. hesabı ilə hazırlanmış məhlulla yuyurlar.

  Digər preparatlarla qarışdırılması: Preparat başqa mikrogübrələrlə neytral reaksiyaya malik başqa fungisidlərlə qarışdırıla bilər. Üzvi həlledicilər əsasında hazırlanmış preparatlarla qarışdırıla bilməz.

  Fitotoksikliyi: Tövsiyə olunan normalarda preparat toxumların cücərməsinə toksik təsirin göstərilməməsi ilə yanaşı, güclü kök sisteminin inkişaf etməsinə xoş təsir göstərir.

  Təhlükə sinfi: Preparat mülayim toksikdir. 3-cü təhlükə sinfinə aiddir


Tətbiq qaydaları

 Preparatın tətbiq norması, l/t

          Bitki

           Zərərli obyekt  

Tətbiq qaydası və vaxtı

 Gözləmə müddəti tətbiqin sayı

 

1,0


 

Payızlıq buğda  

Toz sürmə, bərk sürmə, septorioz, helmintosporioz və fuzarioz, kök çürüməsi, toxumların kiflənməsi

 

 

  Toxumların əkindən əvvəl və ya     öncədən dərmanlanması.İşçi məhlul   sərfi – 10 l/t

 

 

 

                                         - (1)

 


1,0-1,5


 

 Payızlıq arpa 

Toz sürmə, daş sürmə, yalançı (qara) toz sürmə, tünd qonur və torlu ləkəliklər, helmintosporioz və fuzarioz kök çürümələri, toxumların kiflənməsi

 

1,0


Payızlıq çovdar

Helmintosporioz və fuzarioz kök çürümələri, saplaq sürmə, toxumların kiflənməsi

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X