ŞANSİL ULTRA SK

ŞANSİL ULTRA SK

Təsiredici maddə: 120 glL Tebuconazole
Dənli bitkilər üçün toxum dərmanlama toxum dərmanı.

Preparatın üstünlükləri: 

  • Bütün növ sürmələrin məhv edilməsi üçün əvəzolunmaz preparat, Fusarium cinsli göbələklərin törətdiyi patogenlərin təsirini kifayət qədər effektiv şəkildə yox edir.
  • Bitkiləri, ilkin böyümə və inkişaf fazalarında, kök (kökətrafı) çürüntülərdən və yarpaq infeksiyasından effektiv şəkildə qoruyur.
  • Toxumların cücərmə qabiliyyətinə, sonrakı böyüməyə bitkinin inkişafına mənfi təsir göstərmir.

  Suspenziya konsentratı (SK)       3 il

 Kanistr, 5 l
                                   –5°С-dən +30°С-dək 

  Məhv edilən obyektlər: Preparat toz, bərk örtülmüş sürməni, fuzarioz və helmintosporioz kök çürümələrini, qar kifini, yulafın qırmızı- boz ləkələrini effektiv şəkildə məhv edir.
  Təsir mexanizmi: Sistemli təsirə malik preparat. Profilaktik müalicəvi təsirə malikdir. Toxumun səthində onun daxilində mövcud olan infeksiyanı məhv edir. Ölümünə səbəb olaraq, patogenin hüceyrə membranlarında erqosterinin biosintezinə mane olur. Preparat böyümə nöqtələrində toplanır və kök sistemini, cavan zoğları torpaq infeksiyasından qoruyur.
  
Təsir sürəti: Preparat toxum infeksiyasını toxumlar torpağa əkildikdən 2- 4 saat sonra məhv etməyə başlayır.
  
Təsir müddəti: Preparat xəstəlikləri cücərmə başladıqdan və kollanma başa çatanadək olan bütün müddət ərzində effektiv şəkildə məhv edir.
  
Tətbiq normaları və müddətləri: Toxumların dərmanlanması əvvəlcədən və ya bilavasitə olaraq əkindən öncə həyata keçirilir. Təzə yığılmış toxumlara preparat ən geci əkindən 2- 5 gün öncədən çilənir. Preparatın sərfiyyat norması 0,2-0,25 l/t, işçi məhlulu sərfiyyatı isə 10 l/t təşkil edir.
  
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlulu bilavasitə olaraq toxum dərmanlanmazdan öncə hazırlanır. Bunun üçün, dərmanlama maşınının çəninə su tökülür (təxminən qabın yarısı miqdarında). Daha sonra, hesablanmış preparat miqdarı əlavə olunur mexaniki qarışdırıcı ilə yaxşıca qarışdırılır. Bundan sonra tam dolana qədər su doldurulur. İşçi məhlulu hazırlanarkən toxumlar dərmanlandığı zaman belə qarışdırma dayandırılmır. Bu edilməsə, preparatın kiçik hissəcikləri çənin dibinə çökə bilər ki, bu da dərmanlanmanın bərabərsizliyinə və zərərli obyektlərin məhv edilməsi effektivliyinin azalmasına səbəb olacaq. Hazırlanmış işçi məhlulu, hazırlandıqdan sonra 24 saat ərzində istifadə olunmalıdır.
  Dərmanlama maşınının təmizlənməsi: Dərmanlamadan sonra, dərmanlama maşınının çənini bütün gətirici kommunikasiyanı (səpələyiciləri, şlanqları) əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan (yuyucu tozdan) və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yuyurlar.
  
Digər preparatlarla qarışdırılması: Şansil Ultra toxumlara preparatın çilənməsi üçün tətbiq olunan bir çox fungisidlə və insektisidlə qarışdırıla bilər, lakin, qarışdırmazdan öncə, preparatların qarışdırılmasına yol verilib- verilmədiyi yoxlanmalıdır.
  
Fitotoksiklik: Preparat çiləndiyi bitkilərə qarşı yüksək selektivlik nümayiş etdirir, toxumların cücərmə qabiliyyətini zəiflətmir.
  Təhlükə sinfi: 2-ci təhlükə sinfinə aiddir. Preparat çox toksikdir.

Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/t

 

Bitki

 

Zərərli obyekt

 

Tətbiq qaydası vaxtı

Gözləmə müddəti

/ tətbiqin sayı

 

    0,2-0,25


 

Yazlıq, payızlıq    buğda


Bərk sürmə, toz sürmə, helmintosporioz fuzarioz kök çürümələri, toxumların kiflənməsi, septorioz, qarlı kif


Toxumların
əkindən əvvəl ya qabaqcadan dərmanlanması. İşçi maye sərfi 10 l/t

 

 


         -
(1)

 

Yazlıq,   payızlıq  arpa

Bərk sürmə, toz sürmə, helmintosporioz fuzarioz kök çürümələri, toxumların kiflənməsi,

 

 

Toxumların əkindən əvvəl ya qabaqcadan dərmanlanması. İşçi maye sərfi 10 l/t

 

 

0,2-0,25

 


        Yulaf

Daş sürmə, toz sürmə, yalançı toz sürmə, helmintosporioz və fuzarioz kök çürümələri, torşəkilli pas, toxumların kiflənməsi

 

 

       - (1)

 

 Payızlıq çovdar

Toz sürmə, örtülü sürmə, toxumların kiflənməsi, qonur- qırmızı pas

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X