ŞANSOMETOKS TRİO SK

ŞANSOMETOKS TRİO SK

Təsiredici maddə: 262,5 g/L Thiamethoxam+25 glL Difenoconazole+ 25 g/L Fludioxonil

Dənli bitkilərin toxumları kartof kök yumruları üçün kombinə edilmiş insektofungisid tərkibli toxum dərmanı.


Preparatın üstünlükləri:

  • Toxumların müdafiəsi üçün fungisid və insektisid preparatların çən qarışıqlarının istifadə edilməsini tələb etməyən kompleks həll.
  • Fuzarioz helmintosporioz etiologiyalı çürümələrə qarşı effektivliyin mükəmməl birləşməsi.
  • Maksimal məhsuldarlığın əldə edilməsi üçün, optimal müddətlərdə, xəstəlik və zərərvericilər səbəbi ilə zədələnmədən itkilərin baş verməsi riski olmadan əkin kampaniyasını başlamaq imkanı.
  • "Həyat gücü" (Vigor Еffect) effektinə əsaslanan kəskin fizioloji stimulyasiya.

  Suspenziya konsentratı (SK)       3 il

 Kanistr, 10 l
                                   –5°С-dən +30°С-dək 


  Məhv edilən obyektlər: Dənli bitkilərdə - bərk və daş sürməsi, fuzarioz və helmintosporioz kök çürümələri, alternarioz toxum infeksiyası, toxumların kiflənməsi, taxıl milçəkləri, məftil qurdu, mənənə, çörək birələri, karabid böcəyi, kartofda - rizoktonioz, gümüşü yara- xora, antraknoz, fuzarioz, məftil qurdları, Kolorado böcəyi, mənənə.

  Təsir mexanizmi: Tiametoksam - insektisid təsiredici maddə, cücərmə qabiliyyətinə böyümə gücünə müsbət təsir göstərir. Kartof əkildikdən sonra, tiametoksam kök yumrularının səthindən tədricən qrunt suyuna, oradan isə köklərdən cavan bitkinin tağına keçir. Preparatın bir hissəsi torpaqda qalır və burada torpaq zərərvericilərini məhv edir, qalan hissəsi isə bitkidə yalnız ksilema ilə (aşağıdan yuxarıya doğru) hərəkət edir və plastik maddələr axını ilə cavan kök yumrularına keçmir. Kolorado böcəyinə qarşı qoruyucu müddət - 90- 100 günə qədər. Suda və hüceyrə şirəsində yaxşı həll olunması səbəbi ilə, tiametoksam quraqlıq şəraitində sabit müdafiəni təmin edir. Fludioksonil - kiçik nüfuzetmə effektli kontakt təsirli fungsid təsiredici maddə, təbii antibiotikin analoqu, kök yumrularının səthindəki və toxumlardakı xəstəlikləri tam nəzarət altında saxlayır. Göbələklərin sporlarına və cücərmiş hiflərə hələ bitkilərə nüfuz etməmiş təsir edir. Difenokonazol - sistemli fungisid təsiredici maddə, qrunt və toxum infeksiyasına təsir edir, kök sisteminin və bitkilərin cücərtilərinin müdafiəsini təmin edir.

  
Təsir sürəti: Preparatın toxumlara çilənməsi başladığı andan etibarən yüksək ilkin aktivlik.

  
Təsir müddəti: Kartof - ən azı 30 sutka. Buğda, arpa – cücərtilərdən kollanma başlayana qədər olan müddət ərzində.

 
İşçi məhlulun hazırlanması texnologiyası:

  • Dərmanlama maşınının çənini həcminin 1/3 hissəsi miqdarında su ilə doldurun.
  • Tələb olunan miqdarda preparatı ayrıca qabda az miqdarda su ilə qarışdırın.
  • Preparatın əsas məhlulunu çənə tökün.
  • Çəni tələb olunan həcmdə su ilə doldurun.
  • Dərmanlama maşını işə düşməzdən öncə qarışdırıcı qurğunu işə salın.
  • Dərmanlama zamanı işçi məhlulunu qarışdırmağa davam edin.
  • İşçi məhlulunu ən geci bir sutka ərzində istifadə edin.
  • Dərmanlama üçün seriyalı şəkildə istehsal olunan, toxum materialına preparatın çilənməsi üçün nəzərdə tutulan fırlanan diskli səpələyiciləri olan dərmanlama maşınları istifadə olunur.

  Digər preparatlarla qarışdırılması: Preparat bir çox maye gübrələrlə, böyümə tənzimləyiciləri ilə s., insektisidlərlə və fungisidlərlə qarışdırıla bilər, lakin uyğunluq sınağı keçirmək tövsiyə olunur.

  
Fitotoksiklik: Qorunan bitkiyə heç bir toksik təsir göstərmir.

  İnsan üçün təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə aid edilir.


Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/t

 

Bitki

 

Zərərli obyekt

 

Tətbiq qaydası vaxtı

Gözləmə müddəti

/ tətbiqin sayı


1,2-
1,5

 

Payızlıq buğda 

Bərk sürmə, fuzarios, kök çürüməsi, helmintosporioz, qar kifi, alternarioz, toxum

infeksiyası, toxumların kiflənməsi

Bilavasitə əkindən əvvəl ya qabaqcadan (1 ilə qədər) toxumların dərmanlanması. İşçi məhlul sərfi– 10 l/t.

 

 


        -
(1)

        

         0,4

 

 

   Kartof

Rizoktonioz, gümüşü dəmgil, antraknoz, fuzarioz

Kök yumrularının əkindən əvvəl işlənməsi. İşçi məhlul sərfi – 10 l/t.


0,4

 

Məftil qurdları, Kolorado böcəyi

Kök yumrularının çilənməsi. İşçi məhlul sərfi 10 l/t. kök yumrusu (əkindən qabaq), 25 l/t kök yumrusu (əkin zamanı).

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X