ŞANSİL TRIO SK

ŞANSİL TRIO SK

Təsiredici maddə: 60 g/L Thiabendazole + 60 g/L Tebuconazole + 40 g/L Imazalil 
Dənli bitkilərin dərmanlanması üçün toxum dərmanı.

Preparatın üstünlükləri:

  • Məhv edilən patogenlərin spektrini genişləndirmək, toxumların cücərtilərin bütün növ sürmələrdən, müxtəlif kök çürümələrindən, toxumların kiflənməsindən və qar kifindən tam qorunmasını təmin etmək.
  • Dənli bitkilərin vegetasiya edən bitkilərinin müdafiə dövrünü flaq yarpağın əmələ gəlməsinə qədər artırmaq.
  • Bitkilərin əlverişsiz ətraf mühit amillərinə (şaxta, quraqlıq) qarşı davamlılığını artırmaq.

  Suspenziya konsentratı (SK)       2 il

 Kanistr, 10 l
                                   –5°С-dən +30°С-dək 

  Məhv edilən obyektlər: Preparat ən yüksək effektivliyi dənli bitkilərin əsas xəstəliklərinə qarşı nümayiş etdirir: bütün növ sürmələr, müxtəlif etiologiyalı kök çürümələri, toxumların kiflənməsi. Preparat uzun müddət ərzində cücərtiləri unlu şeh, pas və septorioz ilə sirayətlənmədən qoruyur.

  Təsir mexanizmi: Sistemli təsirə malik preparat. Dənli bitkilərin xəstəliklərinin müalicəsi və profilaktikası üçün istifadə olunur. Xəstəlik törədicilərinə qarşı maksimal effekt preparata patogenlərin müxtəlif fizioloji proseslərini məhv edən üç təsiredici maddənin əlavə edilməsi sayəsində əldə olunur. Tiabendazol, tubulinin əlaqələndirilməsi sayəsində, mikoz prosesini məhv edir. Göbələklərin böyüməsini və inkişafını dayandırır. Torpaqda bitki qalıqlarında mövcud olan kök, kökətrafı çürüntülərə, qar kifinə səbəb olan törədicilərə qarşı preparatın effektivliyini gücləndirir. Tebukonazol fitopatogenlərin hüceyrə membranlarında erqosterinin biosintezini mane olur ki, bu da onların məhv olmasına gətirib çıxarır. Xəstəlik törədicilərinin daxili və xarici infeksiyasını məhv edir. İmazalil steroidlərin demetilləşməsini, erqosterinin sintezinə mane olur, patogenin hüceyrə membranlarının keçiriciliyinin pozulmasına gətirib çıxarır. Preparat lokal sistemli təsirə malikdir. Kök sisteminin xəstəlik törədicilərinə qarşı müdafiəsini gücləndirir.

  Təsir sürəti: Preparat toxum infeksiyasına, preparatın çiləndiyi toxumlar əkildikdən artıq 2- 4 saat sonra, təsir göstərməyə başlayır.

  Qoruyucu təsir müddəti: Şansil Trio uzunmüddətli qoruyucu təsirə malikdir. Bu müddət boruya çıxma mərhələsinə və flaq yarpağın əməl gəlməsinə qədər olan müddət ərzində davam edir, xüsusilə də, yazlıq dənli bitkilərdə.

  Tətbiq normaları və müddətləri: Preparat əvvəlcədən və ya əkindən öncə tətbiq olunur. Preparatın vurulması normaları "Tətbiq reqlamenti" bölməsində göstərilib. İşçi məhlulun sərfiyyatı 10 l/t təşkil edir.

  İşçi məhlulun hazırlanma texnologiyası: Əvvəlcə əsas məhlul hazırlanır. Bunun üçün, tələb olunan miqdarda preparat az miqdarda suda həll edilir həmcins suspenziya əmələ gələnə qədər qarışdırılır. Daha sonra, hazırlanmış suspenziya dərmanlama maşınının əvvəlcədən 30- 40% su ilə doldurulmuş çəninə tökülür. Bundan sonra, yaxşıca qarışdırılır çən tam dolana qədər su ilə doldurulur.

  Dərmanlama maşınının təmizlənməsi: Şansil Trio tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan (yuyucu tozdan) sudan ibarət, 100 l suya 250- 300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.

  Digər preparatlarla qarışdırılması: Müstəqil tətbiq zamanı effektiv olur.

  Fitotoksikliyi: Preparat tövsiyə olunan sərfiyyat normalarında fitotoksik deyil.

  Təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə aiddir.


Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/t

    

Bitki

                                                   

Zərərli obyekt

  

Tətbiq qaydası və vaxtı 

 Gözləmə müddəti / tətbiqin sayı 

 

          

0,4

Payızlıq buğda 

Bərk sürmə, toz sürmə, fuzarioz və helmintosporioz kök çürümələri,  septorioz, toxumların kiflənməsi

 

 

 

 

 

 

Toxumların əkindən əvvəl ya qabaqcadan dərmanlanması.  İşçi  məhlul sərfi - 10 l/t

 

 

 

 

 

                         

(-1)

 

    Yazlıq buğda

Bərk sürmə, fuzarioz və helmintosporioz kök çürümələri, septorioz, toxumların kiflənməsi

 

     

0,4-0,5 

Toz sürmə

 

    Yazlıq arpa

Daş sürmə, fuzarioz və helmintosporioz kök çürümələri, tor şəkilli pas, toxumların kiflənməsi

 

           0,5

 

                            Toz  sürmə,  yalançı toz sürmə  

 

 

            0,4


Payızlıq
 arpa
  



Daş
sürmə, fuzarioz helmintosporioz kök çürümələri, torşəkilli pas, toxumların kiflənməsi

 

   Payızlıq çovdar

Saplaq sürməsi, fuzarioz və helmintosporioz kök çürümələri, qarlı fuzarioz kif, toxumların kiflənməsi

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X