DİŞANS EK

DİŞANS EK

Təsiredici maddə: 400 qr/l Dimetoat
Kontakt- bağırsaq təsirli fosfor üzvi insektoakarisiddir, dənli, dənli- paxlalı və digər bitkilərin əkinlərində geniş spektrli zərərvericilərin məhv edilməsi üçün nəzərdə tutulub.


Preparatın üstünlükləri:

  • Uzunmüddətli sistemli və kontakt təsirinə malikdir.
  • Bitkilərin yerüstü və yeraltı orqanlarına nüfuz edir ki, bu da bir çox zərərverici növləri üçün ölümcül olur.
  • Gizli yaşayan və sorucu zərərvericilərə qarşı mübarizədə əvəzolunmazdır.


  Emulsiya konsentratı (EK).           3 il

  Kanistr, 10 l.                                  –10°С-dən +30°С-dək


  Məhv edilən obyektlər: Mənənə (növləri), noxud meyvəyeyəni, paxla dənyeyəni , gənələr, taxıl milçəyi (növləri), ziyankar bağacıq, trips zəlilə böcəyi, alma ballıcası, alma qurdu, çiçəkyeyən və s.
  
Təsir mexanizmi: Preparat gəmirici sorucu həşəratlar üzərində sürətli sistem kontakt təsirə malikdir. Zərərvericilərin orqanizminə preparatla təmas zamanı yeyilən yeməklə birlikdə düşür. Xolinesterazanı ləngidir, sinir sistemini, tənəffüsü və ürəyi məhv edir, bununla da ölümə səbəb olur.
  
Təsir sürəti: Preparat ölümcül təsirini onunla və ya tətbiq olunmuş səthlə təmas zamanı göstərir. Zərərvericilərin ölümüçiləmədən 4- 5 saat sonra baş verir.
  
Müdafiə təsiri dövrü: Dişansla emal olunmuş bitkilər zərərvericilər üçün, hava şəraitindən və zərərvericilərin növündən asılı olaraq, 14- 21 gün ərzində ölümcül olaraq qalır.
  
Tətbiq normaları müddətləri: Preparatın uzunmüddətli sistemli təsirə malik olması səbəbi ilə, preparatın tətbiqi bitkilərdə zədələnmənin ilk əlamətləri əmələ gəldiyi zaman həyata keçirilir. Tətbiqetmə normaları, zərərvericinin növündən asılı olaraq, 0,5 l/ ha-dan 2,25 l/ ha-dək dəyişir.
  
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlul tətbiqdən öncə hazırlanır. Əvvəlcə çiləyici çəni su ilə doldurulur (təxminən 300- 400 l). Daha sonra, hidroqarışdırıcı işləyə-işləyə tələb olunan miqdarda preparat tökülür. Yaxşıca qarışdırılır və tam dolana qədər əlavə olaraq su tökülür. İşçi məhlulu hazırlandığı gün tətbiq edilir. Çiləyici məcburi olaraq, içində işlənməmiş məhlul ola- ola, dayandırıldığı hallarda, hidroqarışdırıcını söndürmək olmaz, çünki qarışdırılmadığı halda, 3- 4 saat sonra preparat çöküntü verə bilər.
  
Çiləyicinin təmizlənməsi: Dişans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
  
Preparatın effektivliyinə təsir göstərən amillər:

  • Optimal məhvetmə nəticələri sakit, küləksiz havada, +15°С-dən az olmayan hava temperaturu şəraitində əldə edilir.
  • Dişans yüksək temperatur şəraitində (+25°С-dən yüksək) yüksək davamlılıq və effektivlik göstərir, lakin, açıq günəş insolyasiyası zamanı bitkilərin üzərində yanıqlar əmələ gələ bilər. Buna görə, əkinləri +25°С-dən yüksək temperatur şəraitində yalnız günəş buludların arxasında ikən tətbiq etmək olar.
  • Çiləmədən 3- 4 saat sonra yağan yağış preparatın effektivliyini azaltmayacaq.

  Digər preparatlarla uyğunluğu: Dişans, qələvi və kükürd tərkibli preparatlar istisna olmaqla, bir çox preparatlara uyğundur. Qarışdırmazdan öncə, komponentlərin uyğunluğunu yoxlamaq zəruridir.
  
Fitotoksiklik: Tövsiyə olunan normalarda becərilən bitkilərə toksik təsir göstərmir.
  КTəhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə (çox təhlükəli birləşmə) aiddir.


Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/ha

      Bitki

     Zərərli obyekt

     Tətbiq qaydası və vaxtı

  Gözləmə müddəti tətbiqin  sayı  

 

1-1,5 l/ha

 

Buğda

Zərərli bağacıq, taxıl milçəkləri, mənənələr, triplər

 

Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi: 200-400 l/ha

 

 

 

30 (2)

 

1-1,2 l/ha

 

Arpa

Taxıl milçəkləri, mənənələr, tripslər

 

 

 

0,5-1 l/ha

 

 

Şəkər çuğunduru

Yarpaq bitləri, yarpaq mənənəsi, minalyıcı milçək və güvə, gənələr, cırcıramalar, leşyeyənlər, birəciklər

 

 

Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi: 200-400 l/ha

 

 

 

30 (2)

 

1,2-2,8

 

Üzüm

Gənələr, yastıcalar, yarpaqbükənlər

Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi: 600-1000 l/ha

 

20 (2)

 

 

 

1.5-1.9

 

 

 

Alma

Yastıca, meyvəyeyən, mənənə, gənə, yarpaqbükən, güvə, ballıca, yarpaq gəmirici

tırtıllar,böcəklər, alma çiçək yeyəni

 

 

Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi - 1000- 1500 l/ha

 

 

 

21 (3)

0.75-1.0

Armud

Armud ballıcası

Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi - 1000 l/ha

21 (3)

 

0.75-1.0

 

Gavalı, Gilas

Gənə, mişarlayıcılar, mənənə, gilas milçəyi

Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi - 1000- 1500 l/ha

 

21 (2)

 

0.75-1.0

 

Soğan

 

Gənə, mişarlayıcılar, mənənə, gilas milçəyi

Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi - 1000- 1500 l/ha

 

21 (2)

 

0.75-1.0

 

Kələm

 

Kələm mənənəsi

Vegetasiya dövründə çiləmə.

İşçi məhlul sərfi - 300-400 l/ha

 

20 (2)

 

1.0-1.2

 

Pambıq

 

Sovka, trips, yarpaq bitləri

Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi - 200-300 l/ha

 

20 (2)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X