ŞANS PROFİ SDQ

ŞANS PROFİ SDQ

Təsiredici maddəsi: 800 qr/ kq Fipronil
Kompleks zərərverici ilə mübarizə üçün kontakt- bağırsaq təsirli insektisid


Preparatın üstünlükləri:

  • Geniş spektrdə torpaq yerüstü zərərvericilərin məhv edilməsi.
  • Zərərvericiyə anında ilkin təsirin göstərilməsi.
  • Müdafiə təsiri 2 həftədən 4 həftəyədək.
  • Fosforlu üzvi birləşmələrə, piretroidlərə və karbonat birləşmələrinə qarşı dayanıqlı olan zərərvericiləri nəzarət altında saxlayır.
  • Çən qarışıqlarında insektisidlərlə, fungisidlərlə, bitkilərin böyüməsi tənzimləyiciləri ilə və mikrogübrələrlə qarışdırıla bilər.
  • Yağışla yuyulmağa və yüksək temperaturlara qarşı yüksək dayanıqlıq.


  Suda dispersiya olan qranul (SDQ).           3 il

  Flakon, 0,5 kq.                                            
-30 °С-dən +30 °С-dək


  Məhv edilən obyektlər: Kolorado böcəyi, ziyankar bağacıq, taxıl yarpaq böcəyi (Oulema), karabid böcəyi, çəyirtkə, şəkər çuğunduru cücərtilərinin zərərverici kompleksi.
  Təsir mexanizmi: Şans Profi, SDQ kəskin təmas bağırsaq təsirinə malikdir. Təmas fəallığı sayəsində, yəni, çiləmə zamanı və ya çiləmədən sonra preparat zərərverici ilə təmasa etdikdə, habelə, bağırsaq təsiri sayəsində, bitkilərin çilənmiş hissələri ilə qidalanma zamanı zərərverici dərhal məhv olur.
  Təsir sürəti: Qidalanma 1-2 saatdan sonra dayanır, zərərverici bir sutka ərzində məhv olur.
  Müdafiə təsiri dövrü: Bioloji effekt, zərərverici növündən və hava şəraitindən asılı olaraq, 2-4 həftə ərzində davam edir.
  Tətbiq normaları müddətləri: Çiləmə zərərvericilərin aktiv qidalanması başladığı dövrdə həyata keçirilməlidir. Karabid böcəyinə qarşı preparatın payızda I-II yaşda sürfələrə, yazda isə (qışı keçirmiş sürfələrə qarşı) aktiv qidalanma dövründə çilənməsi daha effektiv olur. Preparatın balıq təsərrüfatı hovuzları sanitariya zonasında istifadə edilməsi qadağandır.
  Digər preparatlarla qarışdırılması: Şans Profi, SDQ digər insektisidlərlə, fungisidlərlə, böyümə tənzimləyiciləri ilə mikrogübrələrlə çən qarışığında istifadə oluna bilər, lakin, qarışdırmazdan öncə, uyğunluq testi keçirmək zəruridir.
  Fitotoksiklik: Tövsiyə olunan normalarda və istifadə müddətlərində preparat bitkilərə qarşı yüksək seçim dərəcəsinə malikdir. Arılar üçün çox təhlükəlidir (sərhəd- müdafiə zonası - ən azı 4- 5 km). 
  Arılar üçün təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.


Tətbiq qaydaları

Tətbiq norması, kq/ ha

      Bitki

   Zərərli obyektlər

Tətbiq qaydası vaxtı

0,02-0,025

Kartof

Kolorado böcəyi

Vegetasiya dövründə çiləmə. İşçi məhlulun sərfiyyatı - 200- 400 l/ha.

         0,03

 
 Yazlıq və payızlıq buğda 

Ziyankar bağacıq

Sürfələrin sayı ən azı 1 sürfə/ m2 olmaqla, süd yetişkənliyi fazasında çiləmə. İşçi məhlulun sərfi- yyatı - 200- 400 l/ha.

0,0225

Taxıl yarpaq böcəyi

Vegetasiya dövründə çiləmə. İşçi məhlulun sərfi- yyatı - 200- 400 l/ha.

0,03

Payızlıq qarğıdalı

(Oulema)

Cücərtilər yarandığı dövrdə çiləmə. İşçi məhlulun sərfiyyatı - 100- 200 l/ ha.

           0,02

         Yazlıq arpa

    Karabid böcəyi

            Vegetasiya dövründə çiləmə.
    İşçi məhlulun sərfi-
yyatı - 200- 400 l/ha.

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X