480 q/l Tiakloprid
Kontakt-bağırsaq təsirli yüksək effektiv
sistemik insektisid.
Preparatın üstünlükləri:
- Faydalı entomofauna, o cümlədən tozlandırıcı həşəratlar üçün təhlükəsizlik.
- Translaminar aktivliyə malik sistemik insektisid.
- Qısa gözləmə müddəti.
- Yarpaqbükən tırtılların, çiçəkyeyən böcəklərin və digər təhlükəli zərərvericilərin məhv edilməsində yüksək effektivdir.
- Zərərvericilərə qarşı müqaviməti azaltmaq üçün ideal bir preparat.
- Kompleks zərərvericilərə qarşı uzun müddətli qoruyucu təsirə malik (30 günədək).
- Tətbiq olunan bitkilər üçün stress yaratmır.
Suspenziya
konsentratı (SK).
2 il
Kanistr, 5 l.
–5°С-dən +30°С-dək
Təsir etmə mexanizmi: Preparat sinir impulslarının ötürülməsini pozur, bu da zərərvericinin ölümünə səbəb olur.
Təsir etmə sürəti: Çiləmədən 5 saat sonra zərərvericilərin 90-95%-i məhv olur.
Qoruyucu təsir müddəti: Həşəratın növündən asılı
olaraq 15 gündən
30 günədək.
Digər preparatlarla uyğunluq: Preparat bir çox funqisid və insektisid ilə uyğun gəlir. Bununla belə, qarışdırmazdan əvvəl uyğunluq sınağı aparılmalıdır.
Fitotoksikliyi: İstifadəyə dair reqlamentə (göstərişlərə) əməl olunarsa, preparat fitotoksik deyil.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
|
0,3-0,45 |
Alma |
Alma meyvəyeyəni, yarpaqbökənlər, yastıcalar |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi - 1000-1500 l/ha |
|
0,18-0,3 |
Alma çiçəkyeyəni |
Çiləmə cəhrayı buton fazasında aparılır. İşçi məhlul sərfi - 600-1000 l/ha |
|
|
0,2-0,3 |
Üzüm |
Salxım yarpaqbükəni |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi - 800-1200 l/ha |
|
0,4-0,5 |
Armud |
Armud ballıcası |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi - 1000-1500 l/ha |
|
0,4-0,5 |
Gilas |
Gilas milçəyi, alma yarpaqbükəni |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi - 1000-1500 l/ha |
|
0,4-0,5 |
Nar |
Nar yarpaq biti |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi - 1000 l/ha |