Təsiredici maddə: 100 qr/l Alfa- Sipermetrin
Bir sıra kənd təsərrüfatı zərərvericilərinin məhv edilməsi üçün kontakt- bağırsaq təsirli yüksək effektə malik olan insektisiddir.
Preparatın üstünlükləri:
- Demək olar ki, anında həşəratlara ölümcül təsir göstərir, o cümlədən, rütubətli və isti şəraitdə, +25°С-dək.
- Bir çox kənd təsərrüfatı bitkilərinin qorunması üçün tətbiq edilir.
- Nisbətən az xərclərlə zərərvericilərin məhv edilməsi üzrə yüksək effektivliyə malikdir.
Emulsiya konsentratı (EK).
3 il
Kanistr, 5 l.
–10°С-dən +30°С-dək
Məhv edilən obyektlər: Birələr, Kolorado böcəyi, noxud meyvəyeyəni, paxla dənyeyəni, gövdə mişarcılar, milçəklər, taxıl uzunburnu, mənənə, ziyankar bağacıq, çəmən kəpənəyi, qarğıdalı kəpənəyi, sovkalar, raps çiçəkyeyəni, çəyirtkəkimilər,
tripslər, cırcıramalar, çuğundur minalayıcı milçəyi və s. Təsir mexanizmi: Həşəratın orqanizminə düşdükdə, Fasşans onların sinir sistemini zədələyir, hüceyrə membranlarının keçiriciliyini pozur, natrium kanallarını blok edir ki, bu da iflicə və ölümə səbəb olur.
Təsir sürəti: Fasşans, bütün digər piretiroidlər kimi, həşəratlar üzərində sürətli təsirə malikdir ki, həşəratlar çiləmədən 1- 2 saat sonra məhv olur.
Müdafiə təsiri dövrü: Fasşansın təsit müddıti digər piretiroidlərdən daha uzundur, həşərat növündən və hava şəraitindən asılı olaraq təsir 2- 4 həftə təşkil edir.
Tətbiq normaları və müddətləri: Fasşansın tətbiqindən daha yüksək effekt küləksiz havada, səhər və axşam vaxtları çiləmə zamanı əldə olunur. Tətbiqdən 3- 4 saat sonra yağan yağış insektisidin effektivliyini azaltmır. Preparatın tətbiq etmə norması həşəratların növ tərkibindən və hava şəraitindən asılıdır. Çəyirtkəkimi zərərvericilərə qarşı ən yüksək dozadan istifadə edilir.
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlul bilavasitə olaraq çiləmədən öncə hazırlanır. Preparat, hidroqarışdırıcı işləyə-işləyə, əvvəlcədən 1/3 hissəsi su ilə doldurulmuş çiləyiciyə tökülür. Bundan sonra, fasiləsiz şəkildə qarışdırmaqla, tam dolana qədər çiləyici çəninə əlavə olaraq suəlavə olunur.
Çiləyicinin təmizlənməsi: Fasşans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
Digər preparatlarla uyğunluğu: Preparat bir çox insektisidlərə, fungisidlərə, herbisidlərə uyğundur. Lakin, tətbiq etməzdən öncə, komponentlərin uyğunluğunu yoxlamaq zəruridir.
Fitotoksiklik: Tövsiyə olunan normalarda preparat müdafiə olunan bitkilərə fitotoksik təsir göstərmir.
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə (çox təhlükəli birləşmə) aiddir.
Tətbiq qaydaları
Preparatın tətbiq norması, l/ha | Bitki | Zərərli obyekt | Tətbiq qaydası və vaxtı | Gözləmə müddəti / tətbiqin sayı |
0,3-0,5 |
Buğda, arpa | Yarpaq bitləri, ziyankar bağacıq, birəciklər, mənənələr, cırcıramalar, tripslər, yarpaqbiti | Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi: 200-400 l/ha |
20 (2) |
0,1-0,2 |
Kartof |
Kolorado böcəyi | Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi: 200-400 l/ha | |
0,2-0,3 |
Qarayonca (toxumluq) |
Fındıq bitləri, yarpaq bitləri, mənənələr | Qönçə açma mərhələsinndə çiləmə. İşçi məhlul sərfi: 200- 400 l/ha |
- (1) |
0.5 |
Otlaqlar və vəhşi bitkilər | Çəyirtkəkimilər (italya çəyitkəsi, Asiya və Mərakeş çəyitkəsi, sürü halında yaşamayan çəyitkələr) | Sürfələrin inkişafı dövründə çiləmə. İşçi məhlul sərfi: 200-400 l/ha. | |
0,35-0,5 |
Üzüm | Yarpaqbükənlər, Yarpaq fillokserası | Vegetasiya dövründə çiləmə. İşçi məhlulun sərfi: 600-1000 l/ha |
30 (2) |
0,4-0,5 |
Alma, armud | Meyvəyeyənlər, yarpaqbükənlər | Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi: 1000-1500 l/ha |
30 (2) |
1,0-1,5 |
Pambıq |
Pambıq sovkası, mənənələr, tripslər | Sürfələrin inkişafı dövründə çiləmə. İşçi məhlul sərfi: 200-400 l/ha. |
30 (2) |
0,4-0,5 | Şəkər çuğunduru | Qalxanvari böcək | Vegetasiya dövründə işçi məhlulu 300-400 L/su | 30 (2) |
1,0-1,5 | Qarğıdalı | Qarğıdalı qurdu | Vegetasiya dövründə işçi məhlulu 300-400 L/su | 20 (2) |
0,4–0,5 | Pomidor | Yaşıl qurd | Vegetasiya dövründə işçi məhlulu 500-600 L/su | 20 (2) |
0,4-0,5 | Fındıq | Fındıq qurdu | Vegetasiya dövründə işçi məhlulu 600-800 L/su | 30 (2) |
0,4-0,5 | Zeytun | Zeytun milçəyi,zeytun güvəsi | Vegetasiya dövründə işçi məhlulu 600-800 L/su | 30 (2) |