ŞANSİLİN SDQ

ŞANSİLİN SDQ

Təsiredici maddəsi: 800 qr/kq Diflubenzuron
Alma ağacında yarpaqgəmirici zərərvericilərin sayının tənzimlənməsi üçün kontakt- bağırsaq təsirli sistemik təsirli insektisiddir.


Preparatın üstünlükləri:

  • Unikal xitin sintezli inhibitorlar kimyəvi sinfindən olan, xüsusi təsir mexanizminə malik yüksək effektiv insektisiddir.
  • Piretiroidlərə və fosforlu üzvi birləşmələrə qarşı dayanıqlı olan zərərvericilər populyasiyasının məhv edilməsi.
  • Adi insektisidlərlə müqayisədə, emal sayının 2- 3 dəfə azaldılması.
  • Yağışla yuyulmur.
  • Faydalı həşəratlara, yırtıcı gənələrə arılara təsir göstərmir.
  • Aviaçiləcilərlə tətbiq etmə imkanı.


  Suda dispersiya olan qranul (SDQ).           3 il

  Flakon, 0,5 kq.                                            
-30 °С-dən +30 °С-dək


  Məhv edilən obyektlər: Alma qurdu, yarpaqbükənlər, çəyirtkəkimilər, kələm güvəsi, kələm sovkası, ağ kəpənək.
  Təsir mexanizmi: Şansilin kontakt bağırsaq təsirinə malikdir, zərərvericilərin qabıqdançıxma prosesini pozur, xitin sintezini boğur və qabıqçıxarma zamanı kutikulanın əmələ gəlməsinə maneçilik törədir. Preparat imaqoya təsir göstərmir, lakin yumurta və sürfələrin inkişafını pozur. Sürfələr növbəti qabıqçıxarma prosesində, kutikulaları cırıldıqda, bədən möhtəviyyatı isə çölə çıxdıqda, məhv olurlar. Ovisid effekti dişilər emal olunmuş bitkilərə yumurta qoyarkən qeydə alınır.
  
Təsir sürəti: Zərərverici sürfələrinin ölümü çiləmədən təxminən 10 gün sonra baş verir, lakin artıq 3- 5 gündən sonra, onlar daha az hərəkət edir və qida qəbulları kəskin şəkildə azalır.
  
Müdafiə təsiri dövrü: Şansilin çiləmədən sonra 25- 30 gün ərzində öz aktivliyini saxlayır.
  
Tətbiq normaları müddətləri:

  • Çəyirtkəkimilərə qarşı tətbiq sürfələrin kütləvi çoxalması və inkişaf etməsi zamanı həyata keçirilməlidir (qanadlanana qədər həyata keçirilməsi mütləqdir). Bu zaman cəmi bir çiləmə kifayət edir. Çoxlu sayda qanadlanmış çəyirtkə əmələ gəldiyi halda, ən yaxşısı Şansilinə istənilən sürətli təsir göstərən insektisid əlavə etməkdir.
  • Alma qurdu yarpaqbükənlərə qarşı bağçaları yumurta qoymanın əvvəlində, yarpaqgəmirici pulcuqqanadlılara qarşı - az yaşda olan tırtılların əmələ gəlməsi zamanı çiləmə etmək lazımdır. Tez yetişən sortlarda bir çiləmə, sonrakı sortlarda isə iki çiləmə kifayət edir.

  Digər preparatlarla uyğunluğu: Çən qarışıqlarında çox qələvi reaksiyası olan pestisidlərlə istifadə etmək olmaz.
  
Fitotoksiklik: Preparat torpaq orqanizmləri, quşlar və istiqanlılar üçün toksik deyil. Arılar üçün orta təhlükəlidir. Çəyirtkəkimilərə qarşı hava yolu ilə çiləmə zamanı insanların meyvə və göbələk yığımı üçün təhlükəsiz çıxış müddəti 30 gün təşkil edir. İnsanların hava yolu ilə tətbiq olunmuş sahələrdə işləmə imkanı: çiləmədən sonra ən tezi 7 gün sonra.
  
İnsan üçün təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.
  
Arılar üçün təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə aiddir.



Tətbiq qaydaları

Preparatın tətbiq norması, kq/ha

      Bitki

  Zərərli obyekt

     Tətbiq qaydası vaxtı

 Gözləmə müddəti / tətbiqin sayı 

 

0,3-0,6

 

Alma

meyvəyeyənlər, yarpaqbükənlər

Vegetasiya dövründə çilənmə.

İşçi məhlul sərfi 800-1500 l/ha.

 

50 (2)

 

0,3

 

Alma, gilas

 

Tək ipəksarıyan

Vegetasiya dövründə çilənmə.

İşçi məhlul sərfi 800-1500 l/ha.

 

30 (1)

 

 

 

 

 

0,044 (А)

 

 

 

 

 

 

 

 

 

Çəyirtkəkimi- lərin məskunlaşdığı otlaqlar, torpaq sahələri, vəhşi yaşıllıqlar

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çəyirtkəkimilər

Sürfələrin inkişafı dövründə çilənmə. İşçi məhlulun sərfi – 25-50 l/ha. Vəhşi şəkildə

yetişən göbələk və giləmeyvə yığımı üçün insanların təhlükəsiz çıxış müddəti 30 gündür. Çilənmiş sahələrə insanların mümkün çıxma müddəti – 7 gündən tez

deyildir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

- (1)

 

 

 

 

 

0,0156

(А) (0,044

baryerdə)

Sürfələrin inkişafı dövründə baryeri üsulu ilə çilənmə

-80-120 m və baryerlər arası məsafən 300 m. İşçi məhlul sərfi– 25-50 l/ha.

Vəhşi şəkildə yetişən göbələk giləmeyvə yığımı üçün insanların təhlükəsiz çıxış müddəti –30 gündür. Çilənmiş sahələrə insanların mümkün çıxma müddəti 7 gündən tez deyildir. İşçi məhlulun sərfi

25-50 l/ha

 

 

0,3

 

 

Tut

 

 

Tut odlucası

Zərərvericilərin məskunlaşdığı ilkin fazalarda vegetasiya dövründə çilənmə. İşçi məhlul sərfi – 800-1200 l/ha.

 

 

- (1)

0,25–0,30

Armud

Ballıca

Vegetasiya dövründə işçi məhlul 800-1200 L/su

30 (1)

0,30

Pambıq

Pambıq yarpaq qurdu

Vegetasiya dövründə işçi məhlulu 300-400 L/su

30 (1)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X