KARİŞANS SDQ

KARİŞANS SDQ

Təsiredici maddə: 500 qr/ l Triflusulfuron- Metil.
Şəkər çuğunduru əkinlərində ikiləpəli alaq otlarının məhv edilməsi üçün herbisid.

Preparatın üstünlükləri:

  • Bir çox növ ikiləpəli alaq otlarına qarşı ən yüksək effektivlik nümayiş etdirir.
  • Çuğundur becərilərkən, herbisidlərin çən qarışığının hazırlanması üçün əvəzolunmaz komponent.
  • Çuğundurun böyüdüyü bütün dövrlərdə istifadə etmək olar.

  Suda dispersiya olan qranul (SDQ                        3 il.

  Flakon, 0,6 kq                                                  
-30 °С-dən +30 °С-dək

   Məhv edilən obyektlər:
Yüksək həssas alaqlar:
qatlanan qaratərə, çobanyastığı (növləri), ikievli gicitkan, yabanı turp, günəbaxan südləyən, sarı əspərək, ilişkən qatıqotu, fars yovşanı, adi işırqan, yalançı kətan, yabanı günəbaxan, quşəppəyi, dalamaz (növləri), adi ziyilotu, qara quşüzümü, yabanı xardal, çöl yarğanotu, xırdaçiçəkli unutmaməni, tarla anaqallisi. Orta həssas alaqlar: çəhrayı südotu (toxumdan cücərtilər), böyük dəmrovotu, Teofrast kəndirotu, yabanı cəvhəri, yabanı xaşxaş (lalə), giqant ambroziya, qırmızıbaş və sallanan qırxbuğum. Az həssas alaqlar: çəmənlik bənövşəsi, jminda amarantı, yovşanyarpaq ambroziya, çöl sarmaşığı, sarı südotu (toxumdan cücərtilər). Çox az həssas alaqlar: ağımtıl tərə, sarmaşan qırxbuğum, adi cincilim (adi cincilim), birillik dəmrovotu, dərman şahtərəsi, adi yavşan otu (bulaqotu).
  
Təsir mexanizmi: Karişans bitkilərə əsasən yarpaqlardan qismən kök sistemindən nüfuz edir. Preparat böyümə nöqtələrində toplanır, həssas alaqlarda hüceyrələrin bölünməsini blok edir. Əvvəlcə onların böyüməsini dayandırır, daha sonra isə onlar tamamilə məhv olur. Tətbiqdən sonra 3- 5 saat ərzində havanın temperaturu +10° С-dən aşağı və ya +25° С-dən yüksək olduğu halda, çuğundur yarpaqlarında nekrotik ləkələr əmələ gələ bilər. Bu onunla əlaqədardır ki, şəkər çuğunduru yarpaqlarında metabolizmin sürəti bu cür şəraitdə ləngiyir. Bu simptomlar 8- 10 gün ərzində yox olur və meyvəköklərin məhsuldarlığını aşağı salmır.
  
Təsir sürəti: Alaq bitkilərinin böyüməsi çiləmədən 2 saat sonra dayanır, 2- 3 gündə solğun rəng alırlar. Hava şəraitindən asılı olaraq, 6- 8 gündə, onlar tamamilə məhv olur.
  
Tətbiq normaları müddətləri: Preparat çuğundur cücərtiləri əmələ gəldikdən sonra 2- 3 gündə, torpağın səthində alaq otları əmələ gəldiyi zaman, tətbiq edilməyə başlayır. Daha həssas mərhələ "ləpələr - 2 yarpaq" mərhələsidir. Bəzi alaq otları, məsələn, yabanı xardal və adi işırqan, 4 yarpaq fazasında yaxşı məhv edilir. Daha gec dövrlərdə çiləmə zamanı preparatın effektivliyi kəskin şəkildə azalır. Karişans 30 qr/ ha dozada adyuvant Şans-90, J 0,2 l/ ha ilə qarışıqlarda tətbiq edilir. Alaq otlarının cücərmə dövrünün zaman baxımından uzun müddət çəkməsi ilə bağlı olaraq, preparatın ikinci dəfə çilənməsi birinci çiləmədən 8- 10 gün sonra həyata keçirilir. Çuğundur əkinlərində alaq otlarının məhv edilməsi proqramı tərtib edilərkən, xüsusilə hər yerdə bitən alaq otlarının inkişafına nəzarət etmək məsləhətdir, məsələn: qatlanan qaratərə, sallanan və qırmızıbaş qırxbuğum, ilişkən qatıqotu. Çuğundurun ləpə fazasında onların cücərtiləri əmələ gəldiyi halda, birinci çiləmə zamanı Betaşans Trio ilə qarışıqda tam doza Karişans (30 qr/ ha) tətbiq etmək zəruridir.
  
İşçi məhlulun hazırlanma texnologiyası: Əvvəlcə, çiləyici çəninə 300- 400 l su doldurulur. Daha sonra, hidroqarışdırıcı işləyə- işləyə, çiləyici çəninə Karişans əlavə edilir. O, həll olunduqdan sonra, çiləyiciyə digər preparatları doldururlar (zərurət yarandıqda). Adyuvant son olaraq əlavə edilir. İşçi məhlulunu hazırladıqdan dərhal sonra istifadə etmək lazımdır.
  
Çiləyicinin təmizlənməsi: Karişans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan (yuyucu tozdan) və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir. Preparatın effektivliyinə təsir göstərən amillər:

  • +15°С-dən +25°С-dək olan temperatur çiləmə üçün optimal hesab olunur.
  • Gündüz temperatur +25°С-dən yüksək olduqda, preparatı gecə, axşam və ya səhər vaxtı tətbiq etmək məsləhətdir.
  • Alaq otlarının, xüsusilə də, qatlanan qaratərənin bitməsi 3 gün ərzində +28°С-dən yüksək olan temperatur şəraitində baş verirsə, onların yarpaqlarında mum qatı əmələ gəlir ki, həmin qat preparatın bitkinin içinə nüfuz etməsinə maneçilik törədir və bu effektivliyin azalmasına səbəb ola bilər. 

  • Preparat maksimal effektivliyi havanın nisbi rütubəti 60%-dən çox olduğu zaman göstərə bilər.

  Digər preparatlarla qarışdırılması: Şəkərli çuğundura tətbiq olunan herbisidlərlə, habelə, insektisidlərlə (fosforlu üzvi insektisidlər istisna olmaqla), fungisidlərlə, böyümə tənzimləyiciləri ilə və mikrogübrə preparatları ilə qarışdırıla bilər.
  
Növbəli əkin üzrə məhdudiyyətlər: Növbəti ilin payız yazında istənilən bitkini əkmək olar. Çuğundur məhv edildikdə, yalnız şəkər və ya yem çuğundurunu, 4 aydan sonra isə istənilən bitkini əkmək olar.
  
Təhlükə sinfi: 3-cü təhlükə sinfinə aiddir.

Tətbiq qaydaları

 Preparatın tətbiq  norması, kq/ha

       Bitki

  Zərərli obyekt  

      Tətbiq qaydası vaxtı

  Gözləmə müddəti / tətbiqin sayı  

 

 
            0,03

 


 Şəkər 
çuğunduru  

         

           Birillik   ikiləpəli 
alaq otları  

Ləpə fazasında - alaq otlarında 2 əsl yarpaq fazasında zərurət olduqda, alaq otlarının ikinci dalğası üzrə əkinlərin çilənməsi, hər çiləmə

zamanı 200 ml/ha Şans-90J SAM ilə qarışıqda. İşçi məhlul sərfi–

200-300 l/ha.

 

 

                          60 (2)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X