QLİFOŞANS SM

QLİFOŞANS SM

Təsiredici maddə: 360 qr/ l Qlifosat turşusu
Kütləvi təsirə malik, birillik, çoxillik alaq otlarını və ağac-kol bitkilərini məhv edən herbisid.

Preparatın üstünlükləri:

  • Sahələrin bütün növ alaq otlarından, o cümlədən çoxillik alaqlardan təmizlənməsi üçün əvəzolunmaz preparat.
  • Sistemli təsirə malikdir, bitkilərin vegetasiya edən hissəsini və onların kök sistemini məhv edir.
  • Bitkilərdə və torpaqda tez parçalanır, buna görə növbəli əkində bitkilərin növbələşdirilməsi üzrə məhdudiyyətlərə səbəb olmur.

  Sulu məhlul (SM)                 3 il.

  Kanistr, 10 l.                    
–5°C-dən +30°C-dək

  
Məhv edilən obyektlər: Demək olar ki, bütün növ ot ağac- kol bitkilərinə qarşı yüksək effektivlik nümayiş etdirir.
  
Təsir mexanizmi: Fasiləsiz təsir göstərən preparat, yarpaq səthi, habelə, bitkinin digər yaşıl hissələri onu sorur, o, damar sistemi ilə hərəkət edir və bitkinin bütün orqanlarına, o cümlədən, kök sisteminə nüfuz edir. Ətirli amin turşularının sintezini blok edir ki, bu da bitkilərin böyümə nöqtələrinin fəaliyyətinin dayanmasına, yerüstü və yeraltı hissələrinin məhv olmasına səbəb olur. Preparat yalnız çiləmə zamanı düşdüyü bitkiləri məhv edir. Qlifoşans toxumlara təsir göstərmir. Demək olar ki, bütün növ ot və ağac- kol bitkilərinə qarşı yüksək effektivlik nümayiş etdirir.
  
Təsir sürəti zədələmə əlamətləri: Birillik alaqlarda ilk zədələmə əlamətləri (yarpaqların saralması, daha sonra isə bozarması) çiləmədən sonra 5- 6 gündə, ağac-kol bitkilərində isə 20- 30 gündə özünü büruzə verir. Alaq bitkiləri çiləmədən sonra 3- 4 həftə sonra, ağac- kol bitkiləri isə 1- 2 ay sonra tamamilə məhv olur.
  
Tətbiq normaları və müddətləri: Birillik dənli ikiləpəli bitkilər 2- 4 l/ ha; çoxillik olanlar - 4- 6 l/ ha; çöl sarmaşığı, çayır, sürünən kəkrə, yabanı qatırquyruğu - 6- 8 l/ ha, ağac- kol növləri isə 7- 8 l/ ha preparat tətbiq edildiyi zaman kifayət qədər yaxşı məhv edilir. Maksimal dozalardan sıx otluqlarda istifadə etmək məsləhətdir. Birillik taxıl bitkiləri alaqları boruya çıxma dövrü başlamazdan öncəki dövrdə; çoxillik dənli alaq otlarının hündürlükləri 15- 20 sm çatdıqda; birillik ikiləpəli alaqlar 1- 2 yarpaq əmələ gəldikdə və çiçəkləməzdən öncə; çoxillik ikiləpəli alaqlar rozet fazasından qönçələməyə və çiçəkləməyə qədər olan müddət ərzində, çöl sarmaşığı gövdəsinin uzunluğu ən azı 15- 20 sm olduqda daha yaxşı məhv edilir.
  Tətbiq texnologiyası: Payız mövsümündə: Qlifoşans torpaq növbəli əkindəki növbəti bitki üçün hazırlandığı zaman çoxillik və dənli və ikiləpəli alaq otlarının məhv edilməsi üçün istifadə olunur. Qlifoşans kövşənin yumşaldılmasından sonra, çoxillik alaq otları uzandıqda, tətbiq olunur. Südotu və ayrıqotunun məhv edilməsi üçün tətbiq olunan norma 4- 5 l/ ha, çöl sarmaşığının məhv edilməsi üçün isə 7- 8 l/ ha təşkil edir.Preparatın yataq torpaqlarına çilənməsi: Yataq torpaqlarının növbəli əkinə daxil edilməsi üçün, bitkiləri diskatorla 1- 2 sıra xırdalamaq, daha sonra isə, çoxillik alaq otları kütləvi şəkildə uzandığı zaman, aşağıda qeydolunan normada Qlifoşans tətbiq etmək zəruridir: Ayrıqotu südotu ilə olan halda - 4- 5 l/ ha, çöl sarmaşığı ilə olan halda - 7- 8 l/ ha. Növbəti mexaniki çiləmələr çiləmədən 10- 12 gün sonra həyata keçirilir. Preparatın heriklərə çilənməsi: Herik sahəsi torpağın birillik alaq toxumlarından, xüsusilə də, çoxillik alaq bitkilərinin kökümsovlarından və köklərindən təmizlənməsi üçün ən yaxşı yerdir. Bunun üçün, yazda, alaq otları kütləvi şəkildə uzandıqda, mexaniki çiləmələrdən sonra, Qlifoşans tətbiq edilir: birillik alaqlarla olan halda - 2-3 l/ ha, ayrıqotu və südotu ilə - 4- 5 l/ ha, sarmaşıqla - 7- 8 l/ ha. Çöl sarmaşığından bir ilə, yalnız qara herikdə və ya torpağın payızda hazırlanması zamanı, Qlifoşans istifadə edərək, qurtulmaq olar. Bütün növbəli əkin sahələrinin zərərverici alaq otundan təmizlənməsinin başqa daha radikal üsulu mövcud deyil.
  
İşçi məhlulun hazırlanma texnologiyası: Əvvəlcə, çiləyici çəninə 300- 400 l su doldurulur. Daha sonra, hidroqarışdırıcı işləyə- işləyə, tələb olunan miqdarda preparat əlavə edilir və tam dolana qədər su ilə doldurulur.
  
Çiləyicinin təmizlənməsi: Qlifoşans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan (yuyucu tozdan) sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
  
Preparatın effektivliyinə təsir göstərən amillər: 

  • Preparat bitkilərin aktiv böyüməsi zamanı, kifayət qədər nəm və havanın temperaturu +16° С-dən +24° С-dək olan şəraitdə daha yüksək effektivlik göstərir.
  • Quraqlıq şəraitində temperatur +25° С-dən yüksək olduqda, preparatı istifadə etməmək məsləhətdir.
  • Tətbiqdən sonra 5- 6 saat keçməmiş yağan yağış effektivliyi kəskin şəkildə azaldır.
  • Çoxillik alaqlanma zamanı mexaniki çiləmələri çiləmədən ən tezi 15- 20 gün sonra həyata keçirmək məsləhətdir ki, bu müddət ərzində preparat bitkinin yerüstü hissəsindən yeraltı hissəsinə keçsin.

  Digər preparatlarla qarışdırılması: Qlifoşansı digər cücərti preparatları və torpaq təsirinə malik preparatlarla, habelə, ammonium nitratla qarışdırmaq olar. Çən qarışıqları hazırlanmazdan öncə, onların fiziki- kimyəvi uyğunluğunu yoxlamaq zəruridir.
  
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə (mülayim təhlükəli birləşmə) aiddir. Torpaqda davamlılığına görə 2-ci sinif.

Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/ha

              Bitki

            Zərərli obyekt

Tətbiq qaydası vaxtı

Gözləmə müddəti / tətbiqin sayı

2-4

 

Yazlıq dənli, tərəvəz, kartof, paxlalı, texniki, o cümlədən, kətan, bostan, dekorativ, qazon bitkilərinin əkini üçün nəzərdə tutulmuş sahə

Birillik taxıl fəsiləsi ikiləpəli alaq otları

 

Vegetasiya edən alaq otlarının yayın sonunda ya payızda məhsul yığımından sonrakı dövrdə çilənməsi.

İşçi məhlul sərfi 100-200 l/ha.

 

 

 

 

 

 

 




                 -
(1)

4-6

Çoxillik taxıl fəsiləsi ikiləpəli alaq otları

 

 

6-8

Davamlı çoxillik alaq otları (çayır, tarla sarmaşığı digər zoğköklülər)

2-4

 

 

 

 

Heriklər

Birillik taxıl fəsiləsi ikiləpəli alaq otları

 

 

 

Alaq otlarının aktiv böyümə dövründə çilənməi. İşçi məhlul sərfi- 100-200 l/ha.

4-6

Çoxillik taxıl fəsiləsi ikiləpəli alaq otları

 

 

6-8

Davamlı çoxillik alaq otları (çayır, tarla sarmaşığı və digər zoğköklülər)

 

 

 

4-6

 

 

 

Pambıq

 

 

Birillik və çoxillik taxıl fəsiləsi alaqları

Çiyidli pambığın 2 yığımından sonra vegetasiya edən alaq otlarının çilənməsi. İşçi məhlul sərfi 100-200 l/ha.

 

 

 

2-3

 

 

 

Kartof

 

 

Birillik çoxillik alaq otları

Bitkinin cücətiləri əmələ gələnə qədər vegetasiya edən alaq otlarının

çilənməsi. İşçi məhlul sərfi 100-200 l/ha.

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X